10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
Əvvəlki
Sonrakı
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
Dünən, 21:58
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
11-06-2026, 21:19
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
İranda keçmiş MMA çempionu edam edildi
26-05-2026, 21:18
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Eldar Mahmudovun Çovdarovdan tələbi: “Fərhad Əliyevindir, halallıq al”- general istintaqa dedikləri
Ləğv edilmiş MTN-nin genaralı, hazırda həbsdə olan Akif Çovdarovun istintaqa ifadəsi məlum olub. Çovdarov istintaqa ifadəsində ona qarşı irəli sürülən ittihamlarla razılaşmadığını və ondan şikayətçi olan əksər şəxsləri tanımadığını deyib.
Musavat.com Akif Çovdarovun istintaqa verdiyi ifadəsini əldə edib. Çovdarov ifadəsində qalmaqallı "Vosmoy” bazarından, iş adamlarından, sahibkarlardan danışıb, onların ittihamlarına cavab verib.
İstintaq materiallarında qeyd edilir ki, Çovdarov özünü ona elan olunmuş ittihamlar üzrə təqsirli bilməyib. Ancaq onu ifşa edən çoxsaylı dəlillər qarşısında törətdiyi əməllərin faktiki tərəfini və xidməti səlahiyyətlərinə aid olmayan fəaliyyətlə məşğul olmasını etiraf edib.
Çovdarov ifadəsində göstərib ki, 2004-cü ilə qədər daxili işlər orqanlarında müxtəlif vəzifələr tutub. 2004-cü ildə isə MTN-nin Kadrlar idarəsindən ona zəng edilərək həmin nazirlikdə işləmək təklif edilib. O da həmin təklifi qəbul edərək Antiterror mərkəzində şöbə rəisi kimi xidmətə başlayıb. 2009-cu ilin mart ayından 2015-ci ilin noyabr ayının 7-nə qədər Nazirliyin 6-cı Baş idarəsinin rəisi vəzifələrində xidmət edib. 7 noyabr 2015-ci il tarixdə isə general-mayor rütbəsində sərəncama götürülüb və elə həmin ayda da ehtiyata buraxılıb. Eldar Mahmudov vəzifədən uzaqlaşdırılandan bir müddət sonra.
General deyib ki, rəhbərlik etdiyi baş idarə energetika və nəqliyyat sahələrində, o cümlədən neft-boru kəmərləri, metro, dəmir yolu, su yolu, bütün energetika və nəqliyyata aid olan digər sahələrdə təhlükəsizliyin təminatını həyata keçirib və öz fəaliyyətini milli təhlükəsizlik naziri tərəfindən təsdiq olunmuş Əsasnamə əsasında qurub.
"Mən nazirə şifahi qaydada məruzə edirdim”
"Hər bir sahə üzrə daxil olmuş məlumatlar barədə işçilər öz rəhbərlərinə, ən sonda isə mənə məruzə edib, hansı məlumatlar əhəmiyyət kəsb edirdisə, bu məlumatlara dair siqnal işi açılıb, iş açılandan sonra tədbirin keçirilməsi ilə əlaqədar əvvəlcədən mən milli təhlükəsizlik nazirinə şifahi qaydada məruzə edirdim. Məhkəmə qərarı alındıqdan sonra müvafiq tədbirlər keçirilib və tədbirin nəticəsi barədə də şifahi qaydada milli təhlükəsizlik nazirinə məruzə olunub”- deyə Çovdarov ifadəsinə əlavə edib.
Çovdarov icazəsiz dinləmələr apardığını etiraf edib
Çovdarov deyib ki, icraatda olan əməliyyat işləri, araşdırma materialları üzrə telefon danışıqlarına qulaq asma, insanların güdülməsi və s. əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əksər hallarda məhkəmə qərarları alınıb, bəzi təxirəsalınmaz hallarda isə həmin tədbirlər nazirin tapşırığı əsasında məhkəmə qərarı olmadan həyata keçirilib.
Məhkəmə qərarı olmadan keçirdikləri əməliyyat tədbirləri barədə heç vaxt ibtidai araşdırmaya, prosessual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəməyə məlumat verilmədiyini deyən Çovdarov bunun səbəbini qanunun bu tələbinə fikir verməmələri ilə izah edib.
8-ci kilometr bazarı ("Vosmoy”) epizodu üzrə ona qarşı irəli sürülən ittihamlara cavab verən Çovdarov deyib ki, 2005-ci ilin sonlarında sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin çoxlu obyektlər almasına dair MTN-ə müraciətlər daxil olub. Bu müraciətlərdən ikisinin araşdırılması ona həvalə edilib. "Vosmoy” bazarının sahibi Çingiz Əsədovun şikayətini şəxsən özü araşdırıb.
Eldar Mahmudov halallıq alınmasını istəyib
General deyib ki, Ç.Əsədovun şiakyətçi olduğu Cəfər Səfərov MTN-ə dəvət olunaraq izahatları alınıb. A.Çovdarov şəxsən özü Çingiz Əsədova və Cəfər Səfərova barışmalarını, bu məsələni öz aralarında həll etmələrini təklif etdiyini söyləyib:
"Uzun mübahisələrdən sonra Çingiz Cəfərdən bazarı 300 min dollara satın almağa razılaşıb, şikayətindən imtina etdi. Çingiz Əsədovun müraciəti MTN-də qeydiyata alınmadı. Araşdırma qeyri-rəsmi aparılıb. Çingizin 300 mini olmadığı və bazarı ala bilmədiyinə görə məsələ MTN rəhbərliyinə məruzə olundu. Həmin bazar əslində sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin bazarı olduğundan rəhbərlik (Eldar Mahmudovu nəzərdə tutur) tərəfindən bazarı tərəflərin, yəni Çingiz Əsədov və Cəfər Səfərovun hər ikisinin halallığı alınmaqla onun və milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədov tərəfindən pulu ödənilməklə satın alınması tövsiyə olundu”.
A.Çovdarov deyib ki, sonradan bazarın 50 faizi qızı Aida Qasımovanın, digər 50 faizi isə Hilal Əsədovun həyat yoldaşı Nüşabə Əsədovanın adına səndləşdirilib. O, Cəfər və Qəhrəman Səfərov qardaşlarının ifadələrində göstərdiklərinin həqiqətə uyğun olmadığını, onlara qarşı tərəfindən təzyiq və hədə olmadığını, bazarı onların razılığı ilə aldığını bildirib. General həmçinin onları iynə vurdurub iflic etməklə hədələmədiyini də deyib.
General zərgərlik fəaliyyəti ilə məşğul olan Şahmar Qurbanov epizodu ilə bağlı deyilənləri də təkzib edib. O, Şahmar Qurbanovun MTN gətirilmədiyini, ondan 500 min dollar və 380 min dollar dəyərində brilyant daş-qaşlar almadığını deyib.
Çovdarov Bakıda bina inşası ilə məşğul olan "Real” MTK-nın rəhbəri olmuş İlham Qasımovun ittihamları ilə də razılaşmayıb.
Hazırda bəhsə olan İlham Qasımovun Rauf adlı şəxsə pul borclu olması və qaytarmaması ilə bağlı araşdırma aparılması ilə bağlı Eldar Mahmudovdan göstəriş almadığını deyən Akif Çovdarov adı çəkilən şəxslə öz otağında görüşmədiyini deyib. A.Çovdarov nə İ.Qasımovdan nə də onun övladlarından pul tələb etmədiyini qeyd edib.
Çovdrovun dostları ilə balıq işi
Kürdəmir rayonunda torpaq sahələrinin icarəyə götürülməsi, fiziki şəxslərin məcburi öz ərazilərindən çıxarılması, hüquqlarının pozulması epizodu haqda da eyni məzmunlu ifadə verən Çovdarov deyilənlərin yalan olduğunu söyləyib.
Sabiq MTN əməkdaşı İlqar Aşurbəyovda külli miqdarda pul alması ittihamına da cavab verən Çovdarov qeyd edib ki, zərərçəkmiş şəxs yalan danışır. O, kürəkəni Rəşad Əmircanovun MTN-in Hava Limanında Təhlükəsizlik İdarəsinə əməliyyat müvəkkili vəzifəsinə təyin olunduğunu, rəisinin isə İlqar Aşurbəyov olduğunu deyib. Çovdarov İlqar Aşurbəyovla düşmənçiliyi və ya ədavətinin olmadığını, sadəcə olaraq münasibətlərinin soyuq olduğunu qeyd edib.
Akif Çovdarov "Baktel LTD” MMC-nin sahibi Zaur İbrahimovdan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Neman Kərimovdan, əntiq malların satışının həyata keçirildiyi "Moda” mağazasının sahibi Əbil Vəzirovdan, "Yeni Yasamal” və digər mənzil-tikinti kooperativlərinin həmtəsisçiləri Nəsib Əliyev və Cahangir Alışovdan, "Karvansaray-2010” MMC-nin həmtəsisçisi Nizami Quliyevdən, sahibkar Elçin Hacıyevdən, "Süleyman Transport” MMC-nin sədri Fikrət İbrahimovdan, taxta-şalban ticarəti ilə məşğul olan Qədim Ədilovdan, Biləcəri Bələdiyyəsinin sədri İlham Xəlilovdan, Binəqədi Bələdiyyəsinin sədri Elman Salmanovdan və Bakı Metropoliteninin rəisi olmuş Tağı Əhmədovdan külli miqdarda pul vəsaitlərinin hədə-qorxu yolu ilə ələ keçirməsi ilə bağlı deyilənləri də qəbul etməyib.
Təqsirləndirilən Akif Çovdarov özünə məxsus evdən 3 ədəd dəyənəyin aşkar edilməsi, "Bəhrə-2010”, "Aqua Agro”, "RAF-2006”, "Nəzrin-E”, "Bozalt” MMC-lərinin fəaliyyəti, idarəçiliyində iştirakı, rəsmi gəlir mənbələrinə uyğun olmayan çoxsaylı daşınmaz əmlaklara, qızıl-zinət məmulatlarına malik olması, plastik bank kartları ilə xarici ölkələrdə külli miqdarda pul vəsaiti xərcləməsi xüsusatları üzrə ifadə verməkdən və sualları cavablandırmaqlan imtina edib.
Oxşar Xəbərlər
Akif Çovdarov: “Məni sifarişlə həbs ediblər...”
3-cü idarənin rəis müavini:"Sonradan bildim ki, Tağı Əhmədovdan 1 yox, 3 milyon alınıb"
Əhəd Abıyev Akif Çovdarovla üzləşdirilib: “Çox qudurmuşdular”
Tağı Əhmədovun Akif Çovdarovdan 3 milyonu tələb etməyə haqqı varmı?
Xəbər lenti
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
Zəngəzurda yeni savaş: Rus ordusu məşhur kəndə girişi bağlayıb
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
1 həftə sonra məzun olacaqdı...
-Foto
Trampın İran siyasətinə etirazlar artır
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
Avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
Bakıda qadın sürücü piyadanı vuraraq ÖLDÜRDÜ
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
SON DƏQİQƏ!
Xəzərdə ZƏLZƏLƏ OLDU
Azərbaycan neftinin son dəqiqə QİYMƏTİ
Rusiyanın 14 bölgəsində HƏYƏCAN -
Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI
Arazda batan 17 yaşlı gəncin meyiti tapıldı
Prezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ
Xameneinin dəfni bu tarixdə olacaq
Evini satanlar üçün ciddi problem:
Minlərlə vətəndaş qeydiyyatsız qala bilər
Bakıda hoteldə KİŞİ ÖLDÜ
Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi
Abel Məhərrəmova vəzifə verildi
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
MİQ üzrə vakant yerlərin SİYAHISI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Nazir hesabat verdi
Saqqız iddiası ilə bağlı məktəb qalmaqalına rəsmi
AÇIQLAMA
Ruslan Quliyev dəfn olundu -
FOTO
Həkim səhvinə görə kompensasiya almaq mümkündür?
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
Trampdan İranla bağlı
MÜHÜM AÇIQLAMA
Ceyhun Bayramov gürcü həmkarı ilə görüşdü
Bağı olanlara ŞAD XƏBƏR -
Prezident sənəd İMZALADI
Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda görüşdülər
Xameneinin harada dəfn olunacağı açıqlandı
Toy karvanında avtoxuliqanlıq etdi, həbs olundu
-VİDEO
Tramp “yeni müharibə” vədini rədd etdi, müsahibəni yarımçıq dayandırdı
İran və İsrail arasında gərginlik yenidən alovlandı
-Tərəflər qarşılıqlı hava hücumları həyata keçirdi
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Prezident FƏRMAN İMZALADI
Pirşağıda qanlı dava -
1 gənc həyatını itirdi
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Yola maşınla çıxanlara VACİB XƏBƏR -
7 əsas küçədə…