Yaponiyada 1000-dən çox insan günvurmadan xəstəxanaya yerləşdirilib

 

Yaponiyada kəskin istilər nəticəsində 1086 nəfər günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib, onlardan 17-ə uzunmüddətli müalicə lazım olacaq.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Yaponiya Yanğından Mühafizə İdarəsinin təcili tibbi yardım xidməti bildirib.

Son həftə Yaponiyanın əksər regionlarında havanın temperaturu 30 dərəcədən yüksək olub.

Zərərçəkənlərin 50 faizə yaxını 65 yaşdan yuxarı olanlardır.


Oxşar Xəbərlər

Xəbər lenti