Türkiyədə gürcü uşaq ansamblının üzvlərini daşıyan avtobus qəzaya uğradı

 

Türkiyənin Girəsun şəhərinin yaxınlığında Gürcüstandan olan "Lampberi" uşaq ansamblını daşıyan avtobus qəzaya uğrayıb.

Türkiyə KİV-ləri  bildirir ki,  qəza avtobusun təkərinin partlaması nəticəsində baş verib. Avtobus əvvəlcə işıq dirəyinə, sonra baryerə dəyərək çevrilib.

Qəza nəticəsində 38 nəfər xəsarət alıb. Xəsarət alanlar şəhərin bir neçə xəstəxanasına yerləşdirilib.

Qəza ilə bağlı araşdırma aparılır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}