8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sabunçu Rayon Məhləməsində ləğv edilmiş MTN-in generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə keçirilməli olan növbəti məhkəmə prosesi təxirə salınıb.
Hakim Həbin Həsənovun sədrliyi ilə keçirilməli olan proses təqdirləndirilənlərdən Akif Əliyevin vəkili Anar Qasımlının məhkəməyə gəlməsi səbəbindən təxirə düşüb.
Hakim bildirib ki, o, səhhəti ilə əlaqədar məhkəməyə teleqram göndərib.
Bildirək ki, bu gün prokuror Akif Çovdarov və digərlərinə cəza istəyəcəkdi.
Məhkəmə prosesi avqustun 16-dək təxirə salınıb.
Qeyd edək ki, Akif Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.