Yavər Misir oğlu Nəsirov Birinci vitse-prezidentə yenidən müraciət edib

Yavər Misir oğlu Nəsirov Birinci vitse-prezidentə yenidən müraciət edib

 

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciətin təşəbbüskarı, Ağdam rayon Əfətli kənd sakini Yavər Misir oğlu Nəsirov Birinci vitse-prezidentə yenidən müraciət edib. Həmin mürciəti Yavər Nəsirovun facebook səhifəsinə istinadən https://www.facebook.com/profile.php?id=100013489391767 olduğu kimi dərc edirik.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti

Mehriban xanım Əliyevaya

Ağdam rayon Əfətli kənd sakini Yavər Misir oğlu Nəsirov tərəfindən

Müraciət

Çox hörmətli Mehriban xanım!

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin avtoxuliqanlıq nəticəsində iki nəfərin ölmünə, iki nəfərin ağır yaralanmasına səbəb olması ölkə ictimaiyyəti tərəfindən məmur övladının harınlığının nəticəsi kimi qiymətləndirildi. Bunun nəticəsidir ki, minlərlə vətəndaş mənin möhtərəm prezident İlham Əliyevə və Sizə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun istefaya göndərilməsi ilə bağlı müraciətimi dəstəklədi və bu proses hələ də davam edir. Ancaq bu proseslər zamanı Əli Həsənovun müdafiəçiləri də tapıldı ki, onlar möhtərəm prezident İlham Əliyevin sərəncamları ilə məcburi köçkünlər üçün inşa edilən qəsəbələri Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin məcburi köçkünlərə diqqət və qayğısı kimi təqdim etməyə çalışdılar. Məcburi köçkünlər üçün inşa edilən qəsəbələrin Əli Həsənovun məcburi köçkünlərə diqqət və qayğısı olmadığnı sübut etməyə ehtiyac yoxdur. Ancaq hesab edirəm ki, məcburi köçkünlər üçün inşa edilən qəsəbələrdəki evlərə və ictimai binalara baxış keçirilsə buradakı evlərin və ictimai binaların hansı vəziyyətdə olması üzə çıxar. Bu isə həmin evlərin və ictimai binaların inşası zamanı baş vermiş mənimsəmə faktlarını üzə çıxara bilər.

Çox hörmətli Mehriban xanım!

Sizə müraciət edərək məcburi köçkünlər üçün inşa edilən qəsəbələrdəki evlərin və ictimai binaların hansı vəziyyətdə olmasını şəxsi nəzarətiniz altında inandığınız komissiya tərəfindən və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə yoxlanışını təmin etməyi xahiş edirəm.

Bununla yanaşı məcburi köçkünlər üçün inşa edilən qəsəbələrdəki evlərin xidməti evlər adı altına yerlərdəki vəzifəli şəxslərə verilməsi, sonra isə onlar tərəfindən satılması ilə bağlı məsələnin də həmin komissiya tərəfindən araşdırılması məcburi köçkünlərə çatmalı olan evlərin kimlər üçünsə gəlir mənbəyi olması üzə çıxacaq.

Məcburi köçkünlər üçün inşa edilən qəsəbələrdəki evlərin bir hissəsinin ev sahibləri tərəfindən kirayə verilməsi ilə bağlı məsələnin də araşdırılmasını təmin etməyinizi xahiş edirəm. Bu məqam evlərin ona ehtiyacı olan məcburi köçkünlərə deyil, ölkənin şəhər və rayonlarında fərdi evi və ya mənzilləri olan imkanlı şəxslərə verilməsini də üzə çıxaracaq. Məhz bunun nəticəsidir ki, məcburi köçkünlər üçün 80-dən artıq qəsəbə salınmasına baxmayaraq ehtiyacı olan və əsasən də çox ağır sosial duruma malik insanlar bu gün də torpaq komalarda, xarabalıq vzəiyyətə düşmüş köhnə ictiami binalrda yaşayırlar. Bu isə həmin insanlarda sosial ədalətə inamı məhv edir.

Çox hörmətli Mehriban xanın!

Siz Birinci vitse-prezident vəzifəsində ilk müşavirənizi qaçqın və məcburi köçkün ailələrinin problemlərinə həsr etdiniz. Bununla da qaçqın və məcburi köçkünlərə göstərmiş oldunuz ki, fəaliyyətinizdə bu təbəqədən olan insanların problemıərinin həlli ilk növbədə dayanacaq. Sizin bu addımınız qaçqın və məcburi köçkünlər tərəfindən minətdarlıqla qarşılandı. Hesab edirəm ki, məcburi köçkünlər üçün inşa edilmiş qəsəbələrdəki vəziyyətin araşdırılması Sizin ilk müşavirənizdə bəyan etdiyiniz fəaliyyət proqramının həyata keçirilməsi istiqamətində uğurlu addım olar. Bu istqamətdə görüləcək işlərdə ictimaiyyətin tam dəstəyini qazanacağınıza da inamımı ifadə etmək istəyirəm.

Dərin hörmətlə Yavər Nəsirov

Ağdam rayonu, Əfətli kəndi

13 sentyabr 2017-ci il



Oxşar Xəbərlər

Xəbər lenti