8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Qarabağ müharibəsi veteranı, bir neçə şeir kitabının müəllifi olan tanınmış şair Nadir Qədimlinin həyat yoldaşı üçün xəstəxanada pambıq, şpiris, kəpənək tapılmayıb. Xəstə dünyasını dəyişib.
Bu haqda şairin özü məlumat verib. O bildirib ki, həyat yoldaşı M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında dünyasını dəyişib. "M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına kimsə belə xəstə aparmasın. Aparsa belə pambıq, spiriş, kəpənək deyilən ucluq götürməyi yaddan çıxarmasınlar. Ən azından Reanimasiya şöbəsinə inanmasınlar. Vidadi doktor sizi aldadacaq. Mənim kimi. Laparotoriya aldadacaq, Mahir həkim aldadacaq. Ümumiyyətlə, hamı sizi aldadacaq. İnanmayın. Başıma gətirilən oyunlar barədə mətbuatda danışacam. Başqa səhiyyə ocağını deyə bilmərəm, ancaq o xəstəxananın laqeyd, insafsız, cibgüdən tibb heyətinə nifrət edirəm. Hər kəsdən xahiş edirəm paylaşım edin, millət ayılsın ki ora xəstəxana deyil..!!!Kimsə oradan razı ola bilməz..!!!! O klinikadan dövlətin xəbəri yoxdur. Ya da klinikanın dövlətdən xəbəri yoxdur… ”