8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Gürcüstanın keçmiş müdafiə naziri İrakli Alasaniya Fransadan müasir zenit-raket sistemini almağa hazırlaşdığını, lakin mövcüd hakimiyyətin buna mane olduğunu bildirib. "Palitra” qəzetinə açıqlamasında o deyib ki, 1992-ci ildən 2008-ci ilə qədər Rusiya dəfələrlə Gürcüstanın mindən çox obyektini, o cümlədən Abxaziya, Cənubi Osetiya, Şatili və Pankisi dərəsini bombalayıb. Məhz bunu nəzərə alaraq o, Gürcüstanın hava-müdafiə sisteminin güclənməsinə çalışıb.
Sabiq nazir deyib ki, o, 2014-cü ilin oktyabrın 28-də Fransada rəsmi səfərdə olduğu vaxt oradakı korporasiyalarla hava-müdafiə sistemlərinin komponentləri nin alınması haqda memorandum imzalayıb. Bundan 1 gün qabaq Dövlət Müdafiə və Böhran İdarəçiliyi Şürasının həmin dövrdəki katibi Mindia Canelidze ona zəng vuraraq memorandumu imzalamamağı tələb etmişdi. Lakin o, bunu nəzərə almadı.
Sabiq nazir mövcüd hakimiyyətin ondan intiqam almaq məqsədi ilə ona qarşı müxtəlif təxribatlar həyata keçirdiyini söyləyib. İ.Alasaniya bu vaxta qədər susduğunu, lakin vəziyyətin krikitik dərəcəyə çatdığını gördükdə bu haqda danışmağa başladığını bildirib. Onun açıqlamasına görə, o, əmin idi ki, yeni müdafiə naziri Mindia Canelidze Fransa tərəfi ilə imzalanan memorandumun maddələrinin hamısını yerinə yetirəcəkdi. Lakin heçnə etmədi, nəticədə memorandumun vaxtı keçdi.
Sabiq nazir belə hesab edir ki, hakimiyyətin laqeydliyi ücbatından Gürcüstanın hava-müdafiə sistemi effektsiz qaldı. Alasaniya Fransa tərəfi ilə nə cür tipli hava-müdafiə sistemlərinin komponentlərinin alınacağı haqda danışıqlar aparılması barədə heçnə demir. Sadəcə onu qeyd edib ki, Fransanın istehsal etdiyi hava-müdafiə sistemləri ilə gürcü ordusu nəinki Rusiyanın qırıcı verytolyotlarını və təyyarələrini, "İskander” tipli balistik raketi də yerə sala bilər.
"Palitra” qəzeti isə öz mənbələrinə istinadən yazıb ki, İ.Alasaniya Fransadan "SAMP/T” sistemini almağı düşünürdü. Çünki ancaq bu sistemin "Aster-30” zenit raketlərinin aktivliyi 25 km yuxarıda Rusiyanın qırıcı vertolyotlarını və təyyarələrini, eləcə də 100 km məsafədə 35 km radiusda "Точка-У” tipli operativ-taktiki balistik raketlərini zədələyə bilər. O da vurğulanıb ki, Fransanın "Mistrale”, "Crotal NG” və "VL MICA” sistemlərinin göstəriciləri "SAMP/T” sisteminin "Aster-30”-dan aşağıdır.
Məlumata əsasən, Gürcüstanın qərb və şərq regionlarında "SAMP/T” sisteminin "Aster-30” tipli bir neçə batareyalarının yerləşdirilməsi ölkənin hava-müdafiə sisteminin təhlükəsizliyini təmin edə bilərdi. Qeyd edilir ki, "SAMP/T” sisteminin "Aster-30” sistemləri ABŞ-ın "Patriot” və Rusiyanın "C-300 ПМУ” sinifinin analoqudur.
Görəsən, Gürcüstanın dövlət büdçəsinin bunları almağa gücü çatardımı? Bu suala cavab olaraq sabiq müdafiə naziri İrakli Alasaniya deyib ki, hər il dövlət büdçəsindən Fransaya bir neçə milyon pul keçirilməsi nəzərdə tutulmuşdu. Belə məlumat sıçrayıb ki, müasir hava-müdafiə sistemlərinin alınması üçün İ.Alasaniya Parisdə "EUROSAM” konsorsiyumu ilə razılıq əldə etmişdir.
Niyazi Hüseynov,
"Yeni Sözçü" qəzeti