8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 445-ə çatıb.
Sozcu.info TASS-a istinadən məlumat verir ki, yaralıların sayı yeddi mini keçib.
21:01
İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 407-ə çatıb.
Sozcu.info İRNA agentliyinə istinadən xəbər verir ki, yaralıların sayı 6700 nəfəri keçib.
16:23
İranda baş verən zəlzələ nəticəsində 370-dən artıq insan həyatını itirib.
Sozcu.info məlumat verir ki, bu barədə İranın İRİB agentliyi xəbər verir.
Təbii fəlakət nəticəsində təqribən 6000 nəfər xəsarət alıb.
***
12:39
Ötən gün axşam saatlarında İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranda ölənlərin sayı 328 nəfərə çatıb.
Sozcu.info-nun məlumatına görə, təbii fəlakət nəticəsində təqribən 2500 nəfər xəsarət alıb.
09:48
İranda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 200 nəfərə çatıb.
Məlumata əsasən, bu barədə İran telekanalı "Press TV" xəbər verir.
09:28
İran-İraq sərhədində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 164 nəfərə çatıb.
Bu barədə İran telekanalı "Press TV" xəbər verir.
09:00
İranın qərb bölgəsində zəlzələ nəticəsində 70 min insan evsiz qalıb.
Sozcu.info APA-ya istinadən xəbər verir ki, bu barədə RİA Novosti agentliyinə yerli Qızıl Aypara Cəmiyyətindəki mənbə bildirib.
"Hazırda 70 min nəfərin müvəqqəti sığınacağa ehtiyacı var. Bu rəqəmin yaxın müddətdə artacağı istisna deyil”, - deyə mənbə bildirib.
İran dövlət televiziyasının xəbərinə görə, ölkə prezidenti Həsən Ruhani Daxili İşlər Nazirliyinə zərərçəkənlərə bütün zəruri yardımların göstərilməsi üçün təcili tədbirlər görməyi tapşırıb.
08:39
İranda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 141 nəfərə çatıb.
Sozcu.info məlumatına görə, bu barədə "Fars” agentliyi xəbər verib. Bundan əvvəl 129 nəfərin öldüyü, 1000-dən çox insanın yaralandığı bildirilirdi.
İraq ərazisində 6 nəfər təbii fəlakətin qurbanı olub. Ötən axşam İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Kermanşah şəhərindən 104 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib. Güclü zəlzələdən sonra bölgədə 10-dan çox təkrar yeraltı təkanlar qeydə alınıb.