7-07-2026, 21:32
7-07-2026, 01:18
26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
Başqırdıstanın paytaxtı Ufa şəhərində yerli polis idarəsinin İqtisadi təhlükəsizlik və korrupsiya ilə mübarizə şöbəsinin rəisi işləyən şəxs sevdiyi qıza qiyməti 2 milyon rubl (təxminən 35 min dollar) olan "Mersedes” markalı avtomobil hədiyyə edib.
Virtualaz.org "ProUfu.ru” nəşrinə istinadən xəbər verir ki, İqor Vorobyov maşını vəkil işləyən qadına hələ mart ayında – 8 Mart bayramı münasibətilə bağışlayıbmış. Lakin bu hadisənin görüntüləri yalnız indi yayımlanıb.
Faktlar yayılandan sonra Başqırdıstan Daxili İşlər Nazirliyində araşdırmalara başlanıb. Bu barədə hələlik rəsmi məlumatın verilmədiyi bildirilir.