8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Rusiyada yaşayan azərbaycanlıların Beynəlxalq İnformasiya Xidmətinin və İnformasiya Təşəbbüs Mərkəzinin layihə rəhbəri, tanınmış jurnalist Fuad Abbasov QARABAĞ HƏQİQƏTLƏRİNİ olduğu kimi göstərir, həm də dünyanın aparıcı (Türkiyə, Rusiya) KİV-lərində deyir, izah edir.
Hər kəs öz səngərində Qarabağ həqiqətlərinə Şah İsmayıl Xətai zirvəsində yanaşa.., nə xoş… Sultan Hüseyn Bayqaraya göndərdiyi cavab məktubundakı kimi: "Mən vuruş adamıyam, belə müsahibləri də istəmirəm. Mən gərək rahatlanmadan məmləkətimin ətrafında at cövlan etdirəm”. Bizim hər birimizin ilk dərsi: "Sənin borcun doğma torpağı qorumaqdır!” mövzusu hər gün təkrarlandığı kimi (?!) bilavasitə təkrarlanmalıdır!
Əsgər - səngərdə, jurnalist - qələmi ilə… Qılınc və Qələmin vəhdəti zirvəsində Vətən qorunmalıdır. Fuad Abbasov SÖZÜ və QƏLƏMİ ilə sozalmış tarixi gerçəkliklərə həqiqətin gözü ilə baxıb, danışmağı bacarır. Lal xəritələrdə doğma Qarabağı göstərir. Şüurları kodlaşan, qəlbləri möhürlənən, tarixçi zatlarla SÖZ DÖYÜŞÜNƏ girməyi bacarır. Qələm adamının gücü onun mənəvi enerjisində, dünya sivilizasiyasına xidmətdə tarixi həqiqətlərə işıq salmağı bacarmağındadır. Sülh və əmniyyət diləyən xalqın Qələm əhli Dədə Qorqudun dili ilə danışır, Dədə Qorqudun dili ilə düzlük BAYRAĞINI ucaldır: "Səni haqqa ismarladım! Haqq yandıran çırağın yana dursun!”
Babalarımız arzulayırdılar: "Qoy yurdumuzda uca boy-buxunlu, gözəl danışıqlı kişilər yaşasın!”
Jurnalist Fuad Abbasov kimi boy-buxunlu, gözəl danışıqlı, yaraşıqlı, Vətəncanlı kişilər. Fuad Abbasov beynəlxalq səviyyədə erməni daşnaklarının iç üzünü açır, qaranlıqlara işıq salır. Söz işığı.
Böyük rus yazıçısı Yakov İliçov "Türkiyə karvanı” tarixi romanı ilə (1919-1920) Sovet hökumətinin xarici siyasətinin mühüm bir mərhələsinə real bədii sözlə işıq saldığı kimi…
(Bax "Türkiyə karvanı”, səhifə 93)
"Aleksey Arturoviç Dejov qızıl əsgərlərə izah edir…: Dənizlər hökmranı Böyük Britaniya təkcə biz (Rusiyanı) yox, öz coğrafi mövqeyinə görə qibtə olunacaq Türkiyəni də fəth etməyə cəhd göstərir… Böyük Britaniya həlledici zərbə endirmək üçün çoxdan bəri hazırlıq görməkdədir… Onların dövlət xadimləri, rahibləri, hətta alimləri belə deyib-durublar ki: deməzsənmi, guya türklər vəhşidirlər, onları Avropadan qovub didərgin etmək lazımdır! Başda Lloyd Corc olmaqla… Qərb dünyası Türkiyənin yıxılmış ağac kimi qol-qanadını doğrayıb. Türkiyənin taleyi tükdən asılı idi. Antantanın coğrafiyaçıları Türkiyənin xəritəsini rəngləmişdilər ki - hansı vilayət kimin payına düşəcək: qoy rəng - Fransaya, zərif yaşıl - İtaliyaya, sarı - Yunanıstana, çəhrayı rəng isə - daşnakların Ermənistanına…”
"Türkiyə karvanı” sənədli əsərdə Frunze ilə Dejovun dialoqu xüsusilə tarixidir. "Türkiyə on iki ildir vuruşur” - deyən Frunzeyə Dejov cavab verir:
- Mixail Vasilyeviç, Britaniyanın işğalçı qoşunları Manisaya soxulmuş, Edimiş, Hayvalıq, Aydın, Berqaman, Mənəmən və digər bölgələri zəbt edib… Britaniyalılar iyun ayında Bazion aşırımını ələ keçirərək Şeyx Mahmudun dəstəsini məhv etmiş, Süleymaniyyə şəhərini tutmuşlar. İşğalçılar Bursaya soxulmuşlar. Fəqət türklər əks-hücuma keçmişlər və qanlı bir vuruş başlamışdır. Qəsbkarlar Aydını od vurub yandırmışlar. İngilis qoşunları Samsun sahillərinə çıxmış: şimaldan fransızlara qarşı irəliləmək istəmişlər ki, Anadolunu yarıya bölsün, orada Mustafa Kamalın artıq bərqərar olduğu şərq hissəsini mühasirəyə alsınlar…”
(Bax, səhifə 97)
"İngilis təyyarəçiləri cəzirə və şırnak kürdlərinin başına Diyarbəkirdə bomba yağdırmışlar… ingilis zabiti Leçmanın doqquz üstü örtülü hərbi maşınlarında şamar kürd tayfasının üç min qoyununu daşıyıb aparmışlar”.
"1919-cu ilin oktyabrında Maraş şəhərini yandırırlar”
Türkiyəni Rusiyadan təcrid eləməyə çalışan müttəfiqlər limanları mühasirəyə alırlar.
"İngilislər (1918-ci il mart ayında), Türkiyənin onsuz da işğal olunmuş paytaxtı Konstantinopolda Məclis başlanan zaman, oranı təkrarən tutdular”.
Yazıçı Y.İliçov Dejovun fikrini yazır: "Lloyd Corc və digər Qərb liderlərinə gəldikdə isə - onlar təcrübəli, məkrli, köhnə qurddurlar, gördülər ki, silahı türkün əlindən vurub salmaq mümkün deyil, başladılar özlərini dost qələminə verməyə”.
Kitabda hərb xadimi Frunze "Franklin – Buyon” sazişini xatırladır: "Müttəfiqlərin sülh konfransları oğruların yığnağına bənzəyir”.
Türkiyə - Rusiya dostuğunun möhkəmlənməsində tarixi xidmətləri əbədi xatırlanacaq Mustafa Kamal + Frunze + Lenin + Çeçerin və digərlərinin dostluq haqqında kəlamları bu gün də aktualdır.
"Daşnak Ermənistan” yaratmaq üçün Qərb dövlətlərinə quyruq bulayan daşnak liderləri o zaman türklərə qənim kəsilirlər. Arxadan xəncər saplamaqla Anadolu və Azərbaycan üzərində "daşnak Ermənistan” arzularını Rusiyanın o zamankı lideri V.İ.Lenin məhv edir.
Başqasının işinə qarışmaq - cəfəngiyatdır. Bu başqasının əvəzindən nəfəs almağa bənzəyir.
"Türkiyə karvanı” əsərində Ukrayna hökuməti tərəfindən vəkil təyin olunan M.V.Frunzenin - Mustafa Kamal Paşa ilə - İLK GÖRÜŞLƏRİ oxucusuna canlı TARİX diqtə edir.
(Bax, "Türkiyə karvanı”, səhifə 431)
- Cənab Böyük Millət Məclisinin sədri! Ankarada sizinlə danışıqlar aparmaq, sülh və dostluq haqqında müqaviləni imzalamaq, (…və s.) Rusiya Xalq Komissarları Sovetinin sədri Vladimir İliç Lenin … (və s.) salamlarını gətirmişəm”.
M.Kamal Paşanın təqdimatı yüksək xarakterizə olunub. Furunzenin təqdim etdiyi zərfi alan Kamal "qaşqabaqlı və diqqətlə baxaraq, başını tərpətdi… Onun qaşqabaqlılığı xoşagəlməz deyildi. Müharibənin və talan edilmiş ölkənin onun çiyinlərinə düşən ağırlığı, bu görkəm arxasından sezilirdi”.
(Bax, səhifə 432)
Mustafa Kamal Paşanın Frunzeyə dedikləri xüsusilə ibrətdir: "Həyacan, təşviş bizim dostluğumuzun lüzumsuzluğu barədə Qərb qəzetlərinin çığır-bağırları nəticəsidir. Fəqət, mən ürəkdən və qəti bildirirəm ki, boğucu Qərb küləyi qarşısında əyilən deyiləm. Hər şey aydın olacaq”.
(Bax, səhifə 433)
"- Yadınızda qalsın, - dedi Kamal, - Məclisin çıxardığı ilk qərar - Moskvaya nümayəndə heyəti göndərmək məsələsi olub… Mən, Məclisə məlumat verəndə ki, Sovet Rusiyası bizə top, tüfəng vəd edir, sürəkli alqış qopdu, sədalar eşidildi: "Bravo!” Ümid edirəm, bu əhval sarsılmayıb”.
Furunzenin ƏFSANƏVİ BAŞ KOMANDAN obrazı elə bu gün, yəni XXI əsrin baxarından Azərbaycanın müasir fikirli Prezidenti İlham Əliyevə yaraşır. Şair Natella Asena demişkən:
Yüz il əvvəl - Qoca Şərqin Türkiyəsi
Sıxılanda işğalçının bəd tiyəsi,
Həm firənglər, ingilislər, amerkanlar,
Lloyd Corclar, həm yunanlar çox nakəslər…
Moskvanın Ankaraya salamını,
Atatürkün Moskvaya məlalını…
Yakov İliçov tarix yazdı uca şövqlə,
Milli Məclis alqış dedi - şu sevinclə.
Böyük Millət Məclisinin ilk qərarı,
Çəkər oldu zirvələrdən dumanları,
Atatürklə Frunzenin ilk görüşü -
İki nəhəng hərb xadimin SÖZ dönüşü.
Sülh boy verdi Rusiyada. Ankarada,
Xar oldular hər marıqda yatanlar da.
Qoy var olsun Atatürkün Türkiyəsi!
Qoy bərq vursun sülh tostunun piyaləsi.
Yüz il sonra bu dostluğa inam verən,
Yüz il sonra bu dostluğa İlham verən,
Tarix yazan, körpü salan Baş Komandan,
Ona dayaq, ona arxa Azərbaycan.
Zəkalara həkk olundu SÜLH görüşü,
Yeni dünya seyr elədi bu dönüşü.
Əfsanəvi Baş Komandan - ad qazandı,
İşıq saçan hər amaldan - SÖZÜ HAQDI.
Könlü həssas, hərarətli, təcrübəli,
Puhu parlaq, təntənəli, QƏLƏBƏLİ.
Biz elliklə birləşmişik İLHAMLIYIQ,
Tarix bizə əql verib inamlıyıq.
Yeri gəlmişkən: Rusiya- Türkiyə dostluğunun monolitliyi Qərbi həmişə qıcıqlandırıb, Rusiya-Türkiyə dostluğunun təməl daşını qoyanlardan, Azərbaycanın (Türkiyədə) ilk diplomatı İbrahim Əbilovun xidməti hər zaman gəncliyə ÖRNƏKDİR!
Şərq ədəb-ərkan qaydalarını gözəl bilən M.V.Frunze həm də Azərbaycanı sevər bir hərbçi olub. Əgər o, Leninin vəfatından iki ay sonra (?!) dünyasını dəyişməsəydi, kim bilir SSRİ-də vəziyyət necə olacaqdı. Kitabda da, o vaxtkı rəsmi dairələrdə də (yazılırdı) deyilirdi ki, Furunzeni zəhərləyiblər.
Zəhərdən söz düşmüşkən: Bu gün bəzi KİV-də də zəhər püskürənlər var. Aprel döyüşləri sübut etdi ki, Azərbaycanın güclü ORDUSU var. Hər kəs səmimiyyət dolu ürəklə ALİ BAŞ KOMANDANINDAN ƏMR gözləyir.
Yuxarıda qeyd etdiyim kimi, döyüş əvvəl qəlblərdə pöhrələyir! SÖZLƏ döyüşə hazır olan Qələm əhli sırasında jurnalist Fuad Abbasovun xidmətləri tarixidir, örnəkdir! Söz qılıncdan kəsərlidir.
Həmişə Sənin yanında olan "Zəfər qalası”.
Uğurlar!!! Uğurlar!!!
Düşmən təbliğatını kəs, məhv eylə!
Natela Asena,
Sozcu.info