8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Ankaranın yürütdüyü siyasət fonunda Türkiyənin Avropa İttifaqına üzv olması mümkünsüzdür”.
"RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Avstriya kansleri Sebastyan Kurts "Bild am Sonntag” nəşrinə müsahibəsində bildirib.
Türkiyədə guya insan haqlarının pozulduğunu iddia edən kansler bu ölkənin Aİ-yə üzvlüyünə dair danışıqlara son qoymağa çalışacağını qeyd edib: "Hesab edirəm ki, son illər yürütdüyü siyasətə görə Türkiyə üçün Aİ-də yer yoxdur. Onunla üzvlüyə dair danışıqlara son qoymaq doğru addım olardı”.
Sebastyan Kurts həmçinin iddia edib ki, Avstriya, Almaniya və digər ölkələrdəki türk icmalarının yerli cəmiyyətlərə inteqrasiya olunmasının qarşısını almaq üçün Ankara onlara güclü təsir göstərməyə çalışır.
Qeyd edək ki, Türkiyə XİN-i bundan əvvəl Avstriyanın yeni hökumətinin proqramına etirazını bildirib. Proqrama əsasən, Vyana Türkiyənin Aİ-yə üzvlüyünə dair danışıqlara son qoymağa çalışacağını bəyan edib/APA.