Rusiyadan Türkiyəyə sülh mesajı

Rusiyadan Türkiyəyə sülh mesajı
Türkiyə bizim üçün dost dövlətdir. Düşmən dövlətlər deyilik.

Bu sözləri Rusiyanın Avropa Birliyindəki daimi nümayəndəsi Vladimir Çijov deyib. O bildirib ki, Rusiyadan Türkiyəyə qarşı hər hansı bir təhlükə yoxdur:

“Türkiyə bizə dost dövlətdir. Düşmən dövlətlər deyilik. Hər iki ölkə yalnız enerji sektorunda əməkdaşlıq etmir. Eyni zamanda müxtəlif sahələrdə uzunmüddətli fəaliyyət planımız var. Rusiya tərəfi hər zaman danışıqlara açıqdır. İstənilən təhlükəyə qarşı müdaxilə etməyə hazırıq”.

Rusiya NATO-dakı nümayəndəsi Aleksander Qruşko da bənzər açıqlama ilə çıxış edib. O deyib ki, rəsmi Ankara ilə Moskva bir-birinə düşmən gözlə baxmırlar.

“Rusiya tərəfindən Türkiyəyə qarşı hərbi təhlükə yoxdur. İki dövlət arasında ən xırda problem belə ola bilməz. Son zamanlar yayılan sərhəd pozulması ilə bağlı xəbərlər lazımsız yerə siyasiləşdirilir”.


Oxşar Xəbərlər

Xəbər lenti