Rusiyanı etirazlar bürüdü: həbslər var

 

Rusiyada müxalif bloqer Aleksey Navalnının tərəfdarları etiraz aksiyası keçirir.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, "Seçicilərin tətili” adlanan aksiyalarda əsas hədəf seçiciləri martda keçiriləcək prezident seçkisinə getməməyə səsləməkdir. Aksiyalar demək olar ki, bütün ölkə ərazisini əhatə edir. Artıq Uzaq Şərqdəki etirazlar başa çatıb. Burada şiddətli şaxtalara rəğmən aksiyalar baş tutub.

Əksər şəhərlərdə aksiyalara yerli administrasiyalar tərəfindən icazə verilməyib. Samara, Kemerova, Cənubi Saxalinsk kimi şəhərlərdə Navalnı tərəfdarları həbs edilib.

İlkin məlumatlara görə həbs olunanların sayı 19 nəfəri keçib. Ən çox həbs Kemerova şəhərində qeydə alınıb. Burada Navalnının yerli qərargahının koordinatoru Kseniya Paxomova da daxil olmaqla 15 nəfər saxlanılıb. Bundan başqa, İrkutsk şəhərində bir, Samarada isə minimum 3 nəfərin saxlanıldığı bildirilib. Çelyabinskdə isə polis mitinqə yaşı 18-dən az olanları buraxmaqdan imtina edib.

Navalnı tərəfdarlarının Moskva və Sankt-Peterburqda da aksiyaları planlaşdırılır. Bu aksiyaların heç biri şəhər rəhbərlikləri ilə razılaşdırılmayıb.



Oxşar Xəbərlər

Xəbər lenti