8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Etiraz nümayişləri pozuntularla müşayiət olmuş parlament seçkilərinin ardınca 2011-2012-ci illərdə keçirlən mitinqlərdən sonra insanların narazılıqlarını bildirmək üçün çıxdığı ən böyük koordinasiya edilmiş aksiyalar hesab edilir. Dövlət mediası Moskvada günorta saatlarına qədər mitinqlər barədər məlumat verməyib. Lakin xəbər agentlikləri və sosil mediada uzaq şərq bölgəsi olan Vladisvostokdan tutmuş Ural bölgəsində Yekaterinburqa qədər şəhərlərdə etiraz nümayişləri haqda məlumatar verib. Navalnı mitinqi bu ay Medvedevin gəlirsiz təşkilatlar kimi kölgəli şəbəkələr vasitəsilə daşınmaz əmlak, yaxtalar və üzüm bağları kimi sərvətlərə malik olduğuna dair detallı hesabatından sonra çağırıb. Hesabat YouTube kanalında 11 milyon dəfədən çox izlənilib. Medvedev hələlik hesabata reaksiya verməyib. Moskva və Sank Peterburqda bu gün sanksiyalaşdırılmamış mitinqlər keçirilib. Navalnı öz veb səhifəsində bildirib ki, Rusiyanın 99 şəhərində etiraz mitinqləri planlaşdırılıb, lakin 72 şəhərdə rəsmilər mitinqin keçirilməsinə icazə verməyib.
Kremlin tənqidçisi olan və gələn il ölkədə prezident seçkilərindən namizədliyini irəli sürmək istədiyini bildirən Navalnı son həftələr Rusiyanın bir sıra şəhərlərində tərəfdarları ilə görüşlər keçirib.
Amerikaninsesi.org