29-05-2026, 12:03
26-05-2026, 21:18
18-05-2026, 12:32
8-05-2026, 18:42
5-05-2026, 23:48
Moldovanın paytaxtı Kişineuda dərman fırıldağında ittiham edilən 9 nəfər həbs edilib.
Yerli mətbuat xəbər verir ki, şəhər məhkəməsinin qərarı ilə 3 nəfər istintaq təcridxanasına göndərilib, 6 nəfər barəsində isə ev dustaqlığı hökmü çıxarılıb.
Həbs olunanlar arasında Səhiyyə Nazirliyinin yüksək vəzifəli şəxsləri, həkimlər və əczaçılıq şirkətinin nümayəndələri də var.
İstintaq zamanı onlar barəsində ittiham təsdiqlənərsə, barələrində 6 ildən 10 ilə qədər müddətə azadlıqdan məhrumetmə cəzası veriləcək.