Türkiyəyə qaçaqmal siqaret və içki keçirən azərbaycanlı cərimələndi

 

Türkiyənin Tokat vilayətinin Niksar qəsəbəsində sərnişin avtobusunda gömrükdən yayınan qaçaqmal siqaret və spirtli içki aşkarlanıb.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, vilayətin polis idarəsinə bununla bağlı məlumat daxil olub.

Araşdırma zamanı azərbaycanlı K.H.-ya məxsus baqajdan ölkəyə qaçaq yollarla keçirilən 600 paket siqaret və 5 litrə yaxın spirtli içki aşkarlanıb.

Buna görə azərbaycanlıya 8 min 870 lirə cərimə olunub.



Oxşar Xəbərlər

Xəbər lenti