7-07-2026, 21:32
7-07-2026, 01:18
26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
İrandan Azərbaycana gələn şəxsdən narkotika aşkarlanıb.
Hurriyyet.org Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşına məxsus 1 ədəd "West" markalı siqaret qutusuna baxış keçirilib.
Yoxlama zamanı siqaret qutusunun içərisindəki bükülü vəziyyətdə olan falqalı kağızın alt hissəsində gömrük nəzarətindən gizlədilən, 4 ədəd selofan bükümlərdə, ümumi xalis çəkisi 0,312 qram olan narkotik vasitə - heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.