“Mən seçkidən sonra Azərbaycanda heç bir islahat gözləmirəm” - Gültəkin HACIBƏYLİ

 

İcra strukturlarında aparılan dəyişikliklər, bir sıra qurumların ləğvi, bəzilərinin də birləşdirilməsi seçkidən sonra da islahatların aparılacağına ümidləri artırıb. Ehtimal olunur ki, növbədənkənar prezident seçkilərindən sonra hökumət ciddi islahatlar aparacaq. Amma bu ehtimalın özünü doğruldub-doğrultmayacağını seçkidən sonrakı mərhələdə müşahidə edəcəyik.

"İslahat aparmaq üçün seçki keçirməyə ehtiyac yoxdur”

Seçkilərdən sonra islahatların aparılması ehtimalı ilə bağlı Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli Hurriyyet.org-a bildirdi ki, o, seçkidən sonra Azərbaycanda heç bir islahat gözləmir: "Ona görə ki, islahat aparmaq üçün seçki keçirməyə ehtiyac yoxdur. Hazırda Prezidentin səlahiyyətləri davam edir, hələ səlahiyyətlərinin bitməsinə 6 ay var. Bu müddəərzində islahat həyata keçirmək üçün heç bir əngəl yoxdur. İslahat aparmaq əvəzinə, ölkədəki mühit daha da qapanırsa, ölkə iqtisadiyyatı kiçilirsə, siyasi azadlıqlar boğulursa, islahat istiqamətində istəkdən söhbət gedə bilməz”.

"Müsbət nəticə gözləməyin”

"Kimsə yeni komanda formalaşdıra bilər, yeni məmurlar təyin oluna bilər, köhnələri əvəzlənə bilər, amma bunlar sistem islahatları olmadıqları üçün bunlardan hansısa müsbət nəticə gözləməyin”,-deyə Hacıbəyli vurğuladı



Oxşar Xəbərlər

Xəbər lenti