8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycanın keçmiş nəqliyyat naziri Ziya Məmmədov İsmayıllı rayonunun Buynuz kəndinin ərazisində ona məxsus olduğu deyilən malikanənin ərazisindəki tikilidə ötən gün baş vermiş yanğın hadisəsinə münasibət bildirib. Virtualaz.org xəbər verir ki, keçmiş nazir "mənim heç nəyim yanmayıb” deyib. (sfera.az)
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə həmin yanğın hadisəsi zamanı iki azyaşlı xəsarət alıb.
"Birincisi, yanğın gözlənilməz hadisədir. Yəni, bu, hər kəsin başına gələ bilər. Digər tərəfdən isə mənim nə evim, nə də həyətim yanmayıb. Mənim heç nəyim yanmayıb. Kimin evi yanıbsa, bunun mənimlə heç bir əlaqəsi yoxdur. Bu, tam yalan və uydurma xəbərlərdir. Evim yanıbsa, gedib yoxlaya bilərlər. Bunu rayon İcra Hakimiyyətindən də çox asan öyrənə bilərlər. O zaman bilərlər ki, yanan ev mənə məxsus deyil”-Z.Məmmədov deyib.
Ziya Məmmədov evinin yanması barədə yalan yazan jurnalistləri də qınayıb: "Bu, jurnalist dələduzluğudur. Buna başqa ad vermək mümkün deyil”.
Xatırladaq ki, yanğın baş verən evin Z.Məmmədova məxsusluğu barədə APA xəbər yaymışdı. Daha sonra jurnalistlər hadisə barədə Z.Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədova zəng vurublar. E.Məmmədov deyib ki, yanğın villanın özündə deyil, bağban daxmasında baş verib.
O, yanğın hadisəsinin baş verməsində həmin evdə yaşayan bağbanı günahlandırıb. "Hamısı bağbanın səhlənkarlığıdır. Nə villa? Yalandır. Olmayan bir məlumatdır. Heç düşmənə də arzulamıram ki, evi yansın. Azərbaycanlıyıq, ən azı bir təəssüf hissi olmalıdır. Onların özləri yanıb külə donsün”-keçmiş deputat jurnalistlərə qarğış etməyi də yaddan çıxarmayıb.
Məlumatlara görə ərazisində yanğın baş vermis malikanə Buynuz kəndinin mənzərəli meşəlik ərazisində yerləşir. Orada daha bir neçə məmur-oliqarxların villaları ucalır. Yanğın baş verən bağban daxmasında isə İsmayıllı rayonu Qubaxəlilli kənd sakini Ruslan Bədirov ailəsi ilə birgə yaşayın. Hadisə nəticəsində R.Bədirovun iki azyalı (3 və 5 yaşlarında) övladı xəsarət alıb və onlar xəstəxanaya yerləşdiriliblər. Ev taxtadan olduğundan tamamilə kül olub.
R.Bədirov evinin keçmiş nazir Ziya Məmmədovun villasına aid olmadığını deyib: "Yaxınlıqda villa var, mən ona nəzarət edirəm. Amma həmin villa hazırda Ziya Məmmədova məxsus deyil. Əvvəl onların olub, sonra satılıb. Hazırda başqa bir şəxsə məxsusdur, villanın sahibi ildə bir dəfə gəlib bir gün qalıb gedir. İl ərzində evə mən nəzarət edirəm. Mənim evimin həmin villa ilə bir əlaqəsi yoxdur”.