Ziya Məmmədovun şəxsi təyyarəsi əlindən alındı

 

Keçmiş nəqliyyat naziri Ziya Məmmədov bu günlərdə daha bir zərbə alıb.
 Ziya Məmmədovun "Gulf Stream” markalı şəxsi təyyarə aldığı Azərbaycan ictimaiyyətinə 2012-ci ilin yayından bəlli olmuşdu. O zamandan bu yana - son günlərə qədər həmin şəxsi təyyarə Ziya Məmmədovun istifadəsində olub. İndi bəlli olur ki, səlahiyyətləri hissə-hissə əlindən alınıb, nəhayətdə hökumətdən qovulan Ziya Məmmədovun bu imtiyazı da ləğv edilib. Ondan şəxsi təyyarəsini "dinməz-söyləməz gətirib təhvil vermək” tələb olunub və tələb yerinə yetirilib. Saytın iddiasına görə, təyyarədən son illərdə əsasən keçmiş nazirin oğlu Anar Məmmədov istifadə edirmiş. Yeri gəlmişkən, aldığımız bilgilərə görə, Ziya Məmmədov "vurulandan” bəri onun və ailə üzvlərinin, o cümlədən oğlu Anar Məmmədovun əksər gəlirli biznesləri və əmlakları əllərindən alınmaqdadır. 


Oxşar Xəbərlər

Xəbər lenti