8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Erməni ictimai xadim, "İctimai soyqırım” layihəsinin rəhbəri Marina Qriqoryan Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibovu və Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevi beynəlxalq axtarışa verməyi təklif edib.
Virtualaz.org "İravunk” erməni nəşrinə istinadən xəbər verir ki, Qriqoryanı bu addımı atmağa Azərbaycan Baş Prokurorluğunun qeyri-qanuni olaraq Ermənistan-Azərbaycan sərhədini keçməsinə və dövlətimiz əleyhinə çağırışlar etməsinə görə "Ədalət və Demokratiya Naminə Avropa Erməni Federasiyası”nın başçısı Kaspar Karampetyan barəsində cinayət işinin qaldırılması haqqında qərarı sövq edib. Karampetyanı beynəlxalq axtarışa vermiş Azərbaycan tərəfinin hərəkətlərinə cavab olaraq, Qriqoryan Mütəllibovla Tağıyevi ittiham etmək fikrinə düşüb.
"Mən sadəcə olaraq təəccüblənirəm ki, bu 30 il ərzində nəyə görə OMON-un Marağadakı dəstəsinin komandiri Şahin Tağıyevi beynəlxalq axtarışa verməmişik. Azərbaycanın ilk Milli Qəhrəmanı olaraq, bu gün o, İsveçdə sakitcə yaşayır. Dəfələrlə bildirmişəm ki, o, həbsxanada oturmalıdır”.
Marina Qriqoryan
Onun sözlərinə görə, 1990-cı ildə Bakıdakı hadisələr vaxtı Azərbaycanın baş naziri vəzifəsində olmuş Ayaz Mütəllibovu da beynəlxalq axtarışa vermək lazımdır.
1988-ci ilin Sumqayıt hadisələrinin "erməni soyqırımı” kimi tanınması üçün fəal mübarizə aparan Marina Qriqoryan hesab edir ki, Tağıyevlə Mütəllibovun cəzalandırılması "gələcək cinayətlərin qarşısını alacaq”.
Məlum olduğu kimi, dünən Azərbaycan XİN və Baş Prokurorluq birgə bəyanatla çıxış edərək, 30 il əvvəl Sumqayıtda baş vermiş hadisələri ermənilərin SSRİ DTK-sı ilə birgə həyata keçirdikləri təxribat adlandırıblar.