Gürcüstana avtomobillə yollananlardan sığorta tələb olunacaq

 

Mart ayının 1-dən etibarən Gürcüstana 15 gündən az olmayan müddətə avtonəqliyyat vasitəsi ilə daxil olan xarici vətəndaşlardan avtomobil sığortası tələb olunacaq. 

Qüvvəyə minəcək yeni qaydalara əsasən, sığortanı nəzarət-buraxılış məntəqələrində əldə etmək mümkündür.

Sığorta paketinin qiyməti isə nəqliyyat vasitəsinin növündən və sığorta müddətindən asılıdır. Nəqliyyat vasitəsini 15, 30, 90 gün və 1 il müddətinə sığortalamaq mümkündür. 15 günlük sığorta paketinin qiyməti 3,5 tona qədər çəkisi olan minik avtomobili üçün 30 lari (12 dollar), yük maşını üçün isə 60 lari (24 dollar) təşkil edir.

Xarici vətəndaş Gürcüstan ərazisində nəqliyyat vasitəsini sığortasız idarə edərsə, motosikl, minik avtomobili, kənd təsərrüfatı texnikası üçün 100 lari, avtobus və yük maşınları üçün isə 200 lari məbləğində cərimələnəcək.



Oxşar Xəbərlər

Xəbər lenti