8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Report" xəbər verir ki, bunu ATƏT-in Parlament Assambleyasının sədri Giorgi Tsereteli ATƏT-in Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun təşkil etdiyi İqtisadi əməkdaşlıq və mədəni əlaqələrin möhkəmləndirilməsində parlamentarilərin rolu" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda deyib.
O bildirib ki, aşağı iqtisadi və sosial səviyyə sabitliyə təhlükə yaradır.
"ATƏT PA qarşılaşdığımız problemlər üzərində fəal işləyir. Bura terrorizm və miqrasiyanı aid etmək olar", – G.Tsereteli bildirib.
Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ölkələrin malların daşınması ilə necə yaxınlaşdığını və hamı üçün faydalı olan əməkdaşlığa necə nail olduqlarını göstərən ən yaxşı nümunədir və bu, öz növbəsində inteqrasiya prosesləri stimullaşdırır.
"Biznesi inkişaf edirmək və sabitlik, təhlükəsizlik və rifah baxımından bütün problemləri həll etmək üçün daha sıx çalışmalıyıq", – G.Tsereteli deyib