29-05-2026, 12:03
26-05-2026, 21:18
18-05-2026, 12:32
8-05-2026, 18:42
5-05-2026, 23:48
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun açılışı Avrasiya boyunca daha yaxşı ticarət və əlaqələrin qurulması istiqamətində atılan növbəti mühüm bir addımdır. "Trend”in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
Səfir bildirib ki, BTQ dəmir yolu İpək Yolu üçün böyük əhəmiyyətə malikdir:
"Biz uzun müddət İpək Yolunun əhəmiyyəti barədə danışırdıq və hesab edirəm ki, bugünkü açılış da bu istiqamətdə atılan növbəti bir addımdır”.
Qeyd edək ki, bu gün Azərbaycan paytaxtında Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimi keçiriləcək