Bu gün, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Dövlət Gömrük Komitəsinin sabiq sədri Aydın Əliyevin "Azxeber.com” saytının rəhbəri Hacıbəy Heydərlini və saytın direktou Əfsələddin Ağalarovu məhkəməyə verməsinə münasibət bildirib.
Ə.Amaşov "Ölkə.Az”a açıqlamasında deyib ki, sözügedən məsələ ilə bağlı Mətbuat Şurasına müvafiq müraciət daxil olub:
"Hazırda "Azxeber.com” saytının məktubu qarşımdadır. Mətbuat Şurası tərəfindən həmin məktubə baxılaraq, müvafiq addımlar atılacaq. Yəni, tərəflərlə əlaqə saxlanılacaq və barışığa dəvət olunacaq”.
Ə.Amaşov tərəfləri barışığa çağırıb:
"Tövsiyə edirik ki, tərəflər məsələnin barışıqla həllinə çalışsınlar”. Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin sabiq sədri Aydın Əliyev "Azxeber.com” saytının baş redaktoru Hacıbəy Heydərlini və saytın baş direktoru Əfsələddin Ağalarovu xüsusi ittiham qaydasında məhkəməyə verib.
O, 16 yanvar 2018-ci il tarixdə şikayət ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, "Azxeber.com” informasiya portalının baş direktoru Ağalarov Əfsələddin Rizvan oğlunun və baş redaktoru Heydərli Hacıbəy Novruz oğlunun barələrində AR CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırılmaları üçün hökm çıxarılmasını xahiş edib. Aydın Əliyev şikayət ərizəsini bununla əsaslandırıb:
"Azxəbər.com saytında Gürcüstan Respublikasında həbs edilən "DGK-nin polkovnik-leytenantı Aydın Əliyevin yaxın adamı imiş – Təfərrüat” başlıqlı məqaləsində məni ağır cinayət etməkdə iştirakçılıqda ittiham edərək, mənim şərəf və ləyaqətimi ləkələyən, nüfuzdan salan məlumatları yayaraq mənə böhtan atmışlar”. Xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi icraata götürülüb və jurnalistlər təqsirləndirilən şəxs qismində cəlb olunub.
Sozcu.info