Büdcə pullarının xərclənməsi ilə bağlı dəyişiklik edildi - Baş nazir qərar verdi

Büdcə pullarının xərclənməsi ilə bağlı dəyişiklik edildi - Baş nazir qərar verdi

 

Nazirlər Kabineti "Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nda dəyişiklik edib.

Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliyə görə, Azərbaycan Prezidenti ilə razılaşdırmaqla dövlət büdcəsinin icrası prosesində iqtisadi təsnifatın müvafiq bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddələrində nəzərdə tutulmuş birdəfəlik təyinatlı vəsaitlər üzrə hesabat ili ərzində yaranmış qənaət dövlət büdcəsinin ehtiyat fonduna yönəldilərək, il ərzində digər tədbirlərin maliyyələşdirilməsinə sərf edilə bilər.



Oxşar Xəbərlər

Xəbər lenti