Azərsu:"Bu gün axşam saatlarına qədər ölkə içməli su ilə tam təmin ediləcək"

Azərsu:"Bu gün axşam saatlarına qədər ölkə içməli su ilə tam təmin ediləcək"

 

"Bu gün axşam saatlarına qədər ölkə içməli su ilə tam təmin ediləcək”.

Bunu "APA-Economics”ə açıqlamasında "Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bildirib.

Onun sözlərinə görə, A. Cəbrayıllı bildirib ki, artıq Bakının böyük hissəsi su ilə təmin edilib: "Hazırda Səbail, Nəsimi, Yasamal və Bakının mərkəzi küçələri 24 saat fasiləsiz içməli su ilə yəmin olunur. Axşama qədər Bakının Yasamal, Xətai, Sabunçu və Binəqədi rayonları tam olaraq içməli su ilə təmin ediləcək. Hazırda bu rayonları bir hissəsi su ilə təmin edilir. Günün sonunda bu içməli su ilə təmin edilən əhalinin 95%-i su alacaq”.

O qeyd edib ki, artıq "Oğuz-Qəbələ-Bakı su kəmərinin fəaliyyəti də bərpa olunub və tam gücü ilə işləyir. O, Ceyranbatan və Kür su təmizləyici qurğular komplekslərinin tam gücü ilə işlədiyini vurğulayıb.



Oxşar Xəbərlər

Xəbər lenti