Türkiyədə hərəkətdə olan sərnişin qatarının 6 vaqonu devrildi –10 nəfər öldü, 73 yaralı var + FOTO

Türkiyədə hərəkətdə olan sərnişin qatarının 6 vaqonu devrildi –10 nəfər öldü, 73 yaralı var + FOTO

 

Türkiyənin Təkirdağ bölgəsinin Sarılar kəndiinə yaxın ərazidə sərnişin qatarı qəzaya uğrayıb.

Sozcu.info Türkiyənin NTV kanalına istinadən bildirir ki, hadisə Kapıkule-İstanbul dəmir yolu xətti ilə hərəkət edən sərnişin qatarının naməlum səbəbdən vaqonlarının relsdən çıxması nəticəsində baş verib: "Qəza zamanı qatarın 6 vaqonu devrilib”.

İlkin məlumatına görə, hadisə zamanı ölən və yaralanlar var: "Əraziyə onlarla təcili yardım və bir helikopter göndərilib. Qəzanın baş verdiyi əraziyə avtomobil yolu olmadığı səbəbindən həkimlər və xilasedicilər hadisə yerinə piyada gediblər. Hadisə zamanı ölən və ağır yaralılar var”.

Rəsmi məlumata görə, hələlik hadisənin baş vermə səbəbi də bilinmir: "Səbəb araşdırmadan sonra açıqlanacaq”.

***

Səhiyyə Nazirliyinin açıqladığı son məlumata görə, hadisə nəticəsində 10 nəfər ölüb, 73 nəfər yaralanıb. 

Rəsmi məlumata görə, ərazidə güclü yağışlar yağıb, bu səbəbdən relslərin altındakı torpaqda boşalma baş verib. Bu üzdən belə faciəli hadisə yaşanıb…

Prezident Ərdoğan Daxili işlər naziri Süleyman Soyludan ilkin məlumat alıb və bundan sonra ölənlərin ailələrinə başsağlığı verib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}