29-05-2026, 12:03
26-05-2026, 21:18
18-05-2026, 12:32
8-05-2026, 18:42
5-05-2026, 23:48
Milli Məclisin payız sesssiyasının ilk iclasının vaxtında dəyişiklik ediləcək.
Sentyabrın 30-u istirahət gününə düşdüyündən parlamentin payız sessiyasının ilk iclasının oktyabrın 1-də keçirilməsi nəzərdə tutulur. Milli Məclisinin Daxili Nizamnaməsində göstərilib ki, Konstitusiyanın 88-ci maddəsinin I hissəsinin birinci abzasına uyğun olaraq parlament hər il iki növbəti yaz və payız sessiyalarına yığılır.
Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.
Əgər fevralın 1-i vəsentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonragələn birinci iş günüöz işinə başlayır.