Eldar Əzizova vəzifə verildi - Bakı meriyasına gətirildi

Eldar Əzizova vəzifə verildi - Bakı meriyasına gətirildi

 

Eldar Əzizov Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib.

 Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Eldar Əzizov Bakı Şəhər İH başçısının müavini təyin olunub.

Qeyd edək ki, E. Əzizov buna qədər Bakının Səbail rayonunun İH başçısı vəzifəsində çalışıb.

Xatırladaq ki, hazırda Bakı şəhər İH başçısı təyinatı yoxdur.

Qeyd edək ki, E. Əzizov bundan əvvəl Gəncə, Sumqayıt şəhərlərinin icra başçısı vəzifəsində çalışıb.

Bakı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov isə baş nazirin müavini təyin olunduğu üçün bir neçə aydır şəhər rəhbəri vəzifəsi boş qalıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}