Könül Kərimovaya və digərlərinə qarşı dələduzluq edən qadının əməlləri - TƏFƏRRÜAT

Könül Kərimovaya və digərlərinə qarşı dələduzluq edən qadının əməlləri - TƏFƏRRÜAT

 

Oğlunu universitetə qəbul etdirmək istəyən müğənni dələduzluğun qurbanı olub.

Sozcu.info  xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məlahət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Fikrət Qəribovun sədrliyi ilə prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Elan olunmuş ittiham üzrə M.Məmmədova özünü qismən təqsirli bilib.

Daha sonra zərərçəkmiş qismində Əfqan Hacıyev ifadə verib. O deyib ki, oğlunu universitetə düzəltmək adı ilə M.Məmmədovaya 13 min manat pul verib.

Zərərçəkmiş şəxs deyib ki, iş düzəlmədiyi üçün polisə müraciət edib. O, daha sonra dəymiş ziyanın ödənildiyini bildirib.

Suallara cavab verən Ə.Hacıyev bildirib ki, təqsirləndirilən M.Məmmədova özünü Təhsil Nazirliyinin işçisi kimi təqdim edibmiş.

Amma Məlahət Məmmədova zərərçəkmişin yalan danışmadığını deyib.

Ə.Hacıyev hazırda Məlahət Məmmədovadan şikayət və tələbinin olmadığını deyib.

Məhkəmədə zərərçəkmiş Sevinc Əliyeva da dindirilib.

Əliyeva söyləyib ki, tanışı Ələkbər Abbasovun vasitəsi ilə Məlahət Məmmədovanı tanıyıb. Həbsdə olan oğlunu azadlığa çıxarması üçün Məlahət Məmmədovaya pul verdiyini deyən zərərçəkmiş sonda aldadıldığını qeyd edib.

"10 min dollar və 40 min manat pul vermişəm. Oğlum həbs edilmişdi. Bunlar da oğlumun cinayət işinə xitam veriləcəyi dedilər. Lakin sonralar vədə əməl etmədilər"- deyə zərərçəkmiş bildirib.

O bildirib ki, oğlu Türkan Hacıəliyeva adlı qadının şikayəti əsasında həbs edilib: "Mən Məlahəti tanımırdım. Bizi Ələkbər tanış etdi. Ələkbər də qardaşımla birgə hüquq-mühafizə orqanlarında çalışırdı. Ələkbər məni onun evinə apardı. Pulu Məlahətə Ələkbərin yanında verdim. Hətta Məlahətin qızı da evdə idi".

Zərərçəkmiş qeyd edib ki, həmin pullardan yalnız 12 min manatı geri qaytarılıb.

M.Məmmədova zərərçəkmişin ifadəsinə münasibət bildirmək istəməyib. O, özünü yaxşı hiss etmədiyini, zərərçəkmiş S.Əliyevaya 12 min manat pul geri qaytardığını təsdiqləyib.

M.Məmmədova əvvəllər məhkumluq həyatı yaşayıb.M.Məmmədova deyib ki, 2012-ci ildə dələduzluqda ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alıb.

Bildirək ki, M.Məmmədova dələduzluqda təqsirli bilinir. O, bir neçə şəxsin etibarından istifadə edərək onları aldadıb.

M.Məmmədovanın bu iş üzrə ümumilikdə 300 minə yaxın pulu dələduzluq yolu ilə ələ keçirdiyi bildirilir.

Zərərçəkmişlərdən biri də Azərbaycanın əməkdar artisti, müğənni Könül Kərimovadır. İttiham aktına əsasən, M.Məmmədova müğənninin oğlu Rəşad Rəhimovu Rusiya Universitetlərindən birinə qəbul etdirib, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinə köçürtdürəcəyi vədini verib.

K.Kərimovadan bu məqsədlə Məmmədovaya ümumilikdə 32 min manat pul verib.

M.Məmmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham edilir./musavat.con/



Oxşar Xəbərlər

Xəbər lenti