Hikmət Hacıyevə Prezident Administrasiyasında yüksək vəzifə verildi

Hikmət Hacıyevə Prezident Administrasiyasında yüksək vəzifə verildi

 

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev sentyabrın 17-də Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin rəhbərinin müavini vəzifəsinə təyin olunub.

Sozcu.info  xəbər verir ki, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin rəhbəri vəzifəsi Novruz Məmmədovun Baş nazir təyin olunmasından sonra boş qaldığı üçün H.Hacıyev faktiki olaraq şöbə rəhbərinin səlahiyyətlərini icra edəcək.

Qeyd edək ki, H.Hacıyev 2014-cü ildən XİN-in Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışırdı.



Oxşar Xəbərlər

Xəbər lenti