Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Sozcu.info xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəsmi məlumat yayıb.
Bildirilib ki, hadisə 01 oktyabr 2018-ci il tarixində, gecə saatlarında baş verib:
"Milli parkın mühafizə yegerləri icazəsiz əraziyə daxil olmuş şəxsin saxlanılması məqsədilə reyd keçirərkən milli park əməkdaşlarının qanuni tələblərinə tabe olmayan brakonyer mühafizə yegerləri Arif Cəfərov və Böyükişi Qaraşova bilərəkdən ov tüfəngindən atəş açıb və onları yaralayıb. Yegerlər xəstəxanaya aparılıb və onlara tibbi yardım göstərilib. Faktla bağlı rayon polis şöbəsinə məlumat verilib".
Nazirlik bildirib ki, aparılan araşdırmalar nəticəsində mühafizə yegerlərini yaralayaraq hadisə yerindən qaçmış brakonyerin Masallı rayonunun Köçəkli kənd sakini İlqar Səmədov olduğu müəyyən edilib: "O, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb".
Faktla bağlı təhqiqat aparılır.