8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
İNK-nın sıraları sürətlə genişlənir: müxalifətçilər və hüquqşünaslar üzv oldular
Azərbaycan Xalq Cəbhəsi Partiyasının Nəzarət-Təftiş Komissiyasının sədri, 1988-ci ildən milli-azadlıq hərəkatına qoşulan Aydın Əliyev İctimai Nəzarət Koalisiyasına könüllü üzv yazılaraq bu gün İNK Siyasi Partiyalar və QHT-lərlə İş üzrə Departamentinin sədr seçildi.
Daha bir könüllü üzv yazılan isə gənc və istedadlı hüquqşünas Rəna xanım Babayeva İNK ailəsini seçib. Eyni zamanda, R.Babayeva İNK Hüquq Departamentinin sədr müavini vəzifəsi həvalə edildi.
Bu gün həm də başqa dəyərli üzvlərimiz də İNK-ya könüllü üzv oldular: aralarında gənclər, qaçqınlar, xanımlar və gənclər çoxluq təşkil edir.
Bu gün İNK MQ-nda onlarla, eləcə də QHT liderləri, müraciət edən vətəndaşlar və qonaqlarla İNK İH-nin sədri Rasim Məmmədovun görüşləri baş tutdu.
Yeri gəlmişkən, İNK-nın 3 illiyi ilə bağlı tədbirlər silsiləsi davam edir: 01 oktyabr 2018-ci il tarixində İNK-nın yenilənmiş Mərkəzi Qərərgahında Bakı Heydər Əliyev-İlham Əliyev Muzeyi - ictimai guşəsi və yenilənmiş qərərgahın açılışı və növbəti illik konfrans baş tutdu.
30 sentyabrda DAMMİB və SİMİB-nin təsisçisi olduğu, sıralarında 97 təşkilatın birləşdiyi İNK-nın 3 illik tədbirləri davam edir. 30 sentyabr 2018-ci il Fəxri və Şəhidlər Xiyabanındakı möhtəşəm ictimai ziyarət edildi.
1 oktyabr 2018-ci il tarixində İNK-nın yenilənmiş Mərkəzi Qərəgahında DAMMİB-prezidenti, xalq yazıçısı Çingiz Abdullayev, qonaqlar, nüfuzli QHT liderləri, mədəniyyət, elm, dövlət, ədəbiyyat xadimləri, KİV nümayəndələri, yüzlərlə üzv və könüllülər, eləcə də gənclərin iştirakıyla Heydər Əliyev - İlham Əliyev Muzey - İctimai Guşənin rəsmi açılışı baş tutdu.
Eləcə də yenicə açılmış İNK İNK Bakı və paytaxtətrafı rayon, eləcə də respublikamızın şəhər, rayon və qəsəbələrindəki yerli şöbələrinin sədrlərinin, nümayəndələrinin iştirakıyla geniş yubiley tədbirləri aş tutdu.
İNK İH sədri, SİMİB sədri, DAMMİB I vitse Prezidenti Rasim Memmedov - Rasim Məmmədov başçılığı ilə geniş təşkil olunmuş 3 illik tədbirlərçırçivəsində növbəti illik konfrans - məclisi açıraq çıxışında İNK-nın ötən üçillik tarixə nəzər saldı, qarşıda görüləcək işlər haqqında məlumatlar verdi.
Konfransda İNK-nın keçdiyi mürəkkəb, amma cəmiyyət üçün faydalı tarixə nəzər salırıq, Azərbaycanınn hər tərəfini əhatələyən regional nümayəndəliklər və rayon və şəhər şöbələri, kənd və qəsəbə bölmələrinın fəaliyyətini yüksək qiymətləndirik, qarşıdakı ildə görülməsi vacib əsas planları dəqiqləşdirdi.
İNK İH-nin fəxri üzvü, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB-nin prezidenti, xalq yazıçısı, hüquq elmləri doktoru Çingiz Abdullayev öz konfrans çıxışında vətəndaş cəmiyyəti platforması, beyin mərkəzi, ictimai qurumların konfederasiyası olaraq İNK-nın fəaliyyətini yüksək dəyərləndirdi, təkliflərini səsləndirdi, İctimai Nəzarət Koalisiyasının növbəti mərhələdə fəaliyyət istiqamətlərinin konturları barədə mülahizələrini səsləndirdi.
Ç.Abdullayev və digər rəsmi qonaqların iştirakıyla Ümummilli Lider Heydər Əliyev və ictimai nəzarət konsepsiyasının banisi Prezident İlham Əliyev İctimai Muzey Guşəsinin rəsmi açılışı və ictimai baxışı baş tutdu.
Daha sonra İNKının Bakıdakı yenilənmış Mərkəzi Qərəgahının, eləcə də onun yenidanə formalaşdırılmış, təşkil olunmuş, yaradılmış strukturların - Hüquq, Multikulturalizm, Psixologiya, Qaçqın və Məcburi Köçkünlər üzrə, Sahibkarlarla İş üzrə, Ərizə və Şikayətlər, TV, KİV və Sosial Şəbəkələr üzrə, Siyasi Partiyalar və QHT-lər üzrə, İctimai Nəqliyyat üzrə departamentləri, Qadınlar Çuraları, Gənclər Təşkilatları, İNK TV-nin yeni studiya-pavilyonu, "Dövlət və Qanun" qəzetinin, DAMM.az, İctimaixeber.az, İNKTV.az portallarının eyni zamanda, sosial mediya redaksiyalarının ofislərinin, həmçinin Konfrans Zalının açılışı və onlarla ictimai tanışlıq baş tutdu.
İNK baş katibi Aydın Xan Əbilov, İNK sədr müavinləri Asif Mərzili, Zahid Teymurov, Yasəmən Möhübbətqızı, İNK QŞ-nın Sədri Gözəl Bayramova, DAMMİB QŞ-nın sədri Flora Kərimova, İNK HŞ-nın sədri Hacı Quliyev, SİMİB QŞ-nin rəhbədi Ceyran Axundova və başqa rəsmi şəxslər, eləcə də bəzi departament rəhbərləri, İNK Cənub Regional Nümayəndəliyinin sədri Haci Mahammad Mamedov, başqa şöbə sədrləri təkliflərlə çıxış etdilər, müakirələr apardılar.
Xatırladaq ki, 30 sentyabr 2018-ci ildə 3 illik yubilek tədbirlərində fəal iştirak edən mindən çox insan - İctimai Nəzarət ordusu Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin müqəddəs məzarından başlayaraq Azərbaycan tarixinin görkəmli şəxsiyyətlərinin xatirəsini, eləcə də Şəhidlər Xiyabanında igidlərimizin əziz ruhunu yad etmişdilər. İNK-nın 3 illik yubileyi ərəfəsində "Azərbaycan" nəşriyyatının 8-ci mərtəbəsində Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin tarixi fəaliyyətlərini əks etdirən İctimai muzey və eksponatlar daimi olaraq nümayiş olunacaq.
Yeri gəlmişkən, İNK-nın yaranmasının 3 illiyi ilə bağlı yubiley tədbirlərinə start ilin sonuna qədər davam edəcək.
İctimai Nəzarət Koalisiyası haqqında