Qəzaya uğramış təyyarədə Azərbaycan vətəndaşı olub? - XİN-dən AÇIQLAMA

Qəzaya uğramış təyyarədə Azərbaycan vətəndaşı olub? - XİN-dən AÇIQLAMA

 

İndoneziyada qəzaya uğramış "Boeing 737" sərnişin təyyarəsinin göyərtəsində Azərbaycan vətəndaşı olmayıb.

Bu barədə Sozcu.info  Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Xatırladaq ki, təyyarə Yava adasının qərb sahillərində qəzaya uğrayıb. Layner Cakarta aeroportundan havaya qalxandan təqribən 10 dəqiqə sonra radardan itib.

Hava gəmisinin məxsus olduğu "Lion Air" aviaşirkətinin məlumatına əsasən, göyərtədə 181 sərnişin, iki pilot və 6 ekipaj üzvü olub.

Hazırda axtarış işləri davam etdirilir.



Oxşar Xəbərlər

Xəbər lenti