DAHA BİR QALMAQALLI MƏHKƏMƏ PROSESİ BAŞLAYIR

DAHA BİR QALMAQALLI MƏHKƏMƏ PROSESİ BAŞLAYIR

 

Son illər ölkədə qalmaqallı məhkəmə proseslərinin ardı-arası kəsilmir. Cəmiyyəti şoka salan faktların açıqlandığı "MTN işi”, "Rabitə işi”, "Beynəlxalq Bank işi” adları ilə tanınan məkəmə posesləri hələ də ayrı-ayrı instansiyalarda davam edir.

Bu məhkəmələrdə ortaya çıxan faktlarla ictimai müzakirələrin davam etdiyi bir vaxtda Bakı Ağır Cinayətlər Məhkəməsi daha bir qalmaqallı prosesin başlamasına hazırlıq gedir.

Belə ki, redaksiyamıza daxil olan məlumata görə, yaxın günlərdə ötən il həbs edilən Dövlət Gömrük Komitəsində dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan şəbəkə üzvlərinin məhkəmə prosesi başlanılacağı gözlənilir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin dəhlizlərində gəzən söz-söhbətdən məhkəmə prosesinin hakiminin kim olacağını da müəyyən etmək olar. Belə ki, prosesinin Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevə tapşıralacağı gözlənilir. Bu cür işlər əsasən Əfqan Hacıyev həvalə olunduğundan, başqa bir hakimin təyin olunacağına ehtimal verilmir.

Məhkəmə prosesində ölkyə qanunsuz dərman vasitələri daşıyan şəbəkənin çoxillik fəaliyyətilə bağlı ciddi faktların ortaya çıxacağı gözlənilir.

Xatırladaq ki, ötən ilin aprel-may aylarında ölkədə dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olanlara qarşı həyata keçirilən əməliyyatlar çərçivəsində ifşa edilən şəbəkəyə qarşı cinayət işi açılıb. İçərisində Dövlət Gömrük Komitəsinin (DGK) vəzifəli şəxsləri də olmaqla, bir qrup gömrükçü məsuliyyətə cəlb olunub.

Bu işləbağlı DGK sədrinin müvafiq əmrinə əsasən, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, general Sadiq Abduyev və Tibbi Xidmət İdarəsinin rəisi, general Fikrət Qədiməliyev, həmçinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci yük şöbəsinin rəisi Araz Məmmədov işdən çıxarılıb.

Fikrət Qədiməliyevə qarşı Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham da elan edilib.

Onunla yanaşı, gömrük orqanlarında vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qaçaqmalçılıq və külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməllərinə görə əvvəlcə Fərman Həmzə oğlu Məmmədli, Vasif Teymur oğlu Xıdırov, Cəmil Səlim oğlu Mehdiyev, Ateş Adem oğlu Atanur, Anar Kamran oğlu Məmmədov, həmçinin Əlamət Nazim oğlu Quliyevə müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan olunub.



Oxşar Xəbərlər

Xəbər lenti