ABEL MƏHƏRRƏMOV REANİMASİYAYA YERLƏŞDİRİLDİ

 


 

Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun səhhətində ciddi problem yaranıb. 

Sozcu.info xəbər verir ki, sabiq rektor ötən həftənin şənbə günü yüksək qan təzyiqi ilə bağlı Mərkəzi Kliniki Xəstəxanaya müraciət edib. Həyatı üçün ciddi təhlükə olduğundan, A.Məhərrəmov dərhal xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Mənbə deyir ki, sabiq rektor iki gün reanimasiyada qaldıqdan sonra səhhətində nisbətən yaxşılaşma qeydə alınıb və palataya köçürülüb. Hazırda səhhətinin normal olduğu bildirilir.
Sabiq rektora Allahdan şəfa diləyirik.


Oxşar Xəbərlər

Xəbər lenti