Bakıda şagird özünü məktəbin 3-cü mərtəbəsindən yerə atdı - YENİLƏNİB

Bakıda şagird özünü məktəbin 3-cü mərtəbəsindən yerə atdı - YENİLƏNİB

 

Bakıda özünü məktəbin pəncərəsindən atan yeniyetmə xəstəxanaya yerləşdirilib.

2004-cü il təvəllüdlü Y.Hacıyeva reanimasiya şöbəsinə yerləşdirilib.

Onun xəsarətləri qabırğaların və çanaq sümüyünün sınıqlarıdır. Hazırda xəstə nəzarət altındadır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov deyib ki, məsələ ilə hüquq-mühafizə orqanları məşğuldur.

Qeyd edək ki ki, bu gün Səbail rayonunda yerləşən 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi özünü məktəbin 3-cü mərtəbəsindən atıb. /Trend/

***

Bakıda şagird özünü məktəbin 3-cü mərtəbəsindən yerə atıb.

Sozcu.info xəbər verir ki, hadisə Səbail rayonunda yerləşən 162 nömrəli tam orta məktəbdə qeydə alınıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan 8-ci sinif şagirdi Y.Hacıyeva təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə zamanı yeniyetmənin əlində kəsici alət də olub.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.



Oxşar Xəbərlər

Xəbər lenti