Bakıda yataqxana YANĞIN: sakinlər məmurların gəlişini tələb edir - VİDEO/FOTO - YENİLƏNİB

Bakıda yataqxana YANĞIN: sakinlər məmurların gəlişini tələb edir - VİDEO/FOTO - YENİLƏNİB

 

Yanğın baş vermiş binada yaşayan məcburi köçkün Nəzakət Abdıyeva əməkdaşlarına bildirib ki, dünən də binada yanğın hadisəsi baş verib.

Binaya baxış keçirilib və sakinlərin özlərini yanğın törətməkdə ittiham edərək. Binaya gələn elektrik xətti ayrılıb.

Sakin deyir ki. bu gün səhər saat 9-dan yolu bağlasalar da, hələ heç kim gəlib onların vəziyyəti ilə maraqlanmayıb.

***

Əməkdaşlarımız hadisə yerindən xəbər verir ki, Bakının Babək prospektində yerləşən, 22-a yaxın ailənin məskunlaşdığı yataqxana binasında baş vermiş yanğının ilkin səbəbi elektrik xətlərinin qısaqapanması ola bilər. Çünki sakinlər deyirlər ki, bu binada elektrik xətləri həddən artıq yüklənir, yararsız vəziyyətdədir, tez-tez qısaqapanmalar olurdu və elektrik cihazları sıradan çıxırdı.

Yanğınsöndürənlər alovun böyüməsinin qarşısını alıblar və hazırda yanğın söndürülüb. Lakin sakinlər əşyalarının və qaldıqları otaqların yararsız hala düşməsindən narazıdırlar. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Binada əsasən Füzuli və Ağdam rayonundan olan məcburi köçkünlər məskunlaşıb.

Sakinlər hadisə yerinə Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin məsul şəxslərinin gəlməsini tələb edirlər./virtualaz.org/

****

Xəbər verdiyimiz kimi, Bakıda Babək prospektində yerləşən yataqxana yanır.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə zamanı 45 yaşında bir kişi qorxaraq özünü binanın 5-ci mərtəbəsindən aşağı atıb. Həmin şəxs təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

***

Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın başlayıb.

Sozcu.info -un məlumatına görə, hadisə paytaxtın Babək prospektində yerləşən yataqxana binasında baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürələri cəlb edilib.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.



Oxşar Xəbərlər

Xəbər lenti