7-07-2026, 21:32
7-07-2026, 01:18
26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
Tovuzda 54 yaşlı kişi qidadan zəhərlənərək ölüb.
Sozcu.info xəbər verir ki, hadisə rayonun Əlimərdanlı kəndindəki fermalardan birində qeydə alınıb.
Belə ki, rayonun Qədirli kənd sakini, 1965-ci il təvəllüdlü Yüsif Hüseynov çoban çalışdığı fermada qidadan zəhərlənərək ölüb.
Onun göbələkdən zəhərləndiyi ehtimal edilir.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.