7-07-2026, 21:32
7-07-2026, 01:18
26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
Dünən axşam saatlarında Sumqayıt şəhərində Çeçenistan vətəndaşının qətlə yetirilməsi hadisəsi ilə bağlı cinayət işi açılıb.
Sozcu.info publika.az-a istinadən xəbər verir ki, Sumqayıt şəhərinin sənaye zonasında, Gübrə zavodunun yaxınlığında Rusiya Federasiyası Çeçenistan Respublikasının vətəndaşı 1975-ci il təvəllüdlü Bislan Bakayevin bıçaqlanaraq öldürülməsi hadisəsi ilə bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş açılıb.
Artıq hadisəni törədən şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, B.Bakayev ürək nahiyəsindən 1 və qulaq hissəsindən 2 bıçaq yarası alıb.
Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.