Oğul atasını öldürüb, dənizə atdı - Azərbaycanda TÜKÜRPƏDƏN QƏTL

 

Sumqayıtda törədilən qətlin üstü açılıb.

 
Sozcu.info xəbər verir ki, Sumqayıt şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, Sumqayıt şəhərində dənizdən üzərində xəsarəti olan kişi meyiti aşkarlanıb. Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin şəhər sakini, 1965-ci il təvəllüdlü Elşən Mikayıl oğlu İsgəndərov olması müəyyənləşib.

 
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, is üzrə müvafiq ekspertizalar təyin edilib.

Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən mərhumun oğlu İsmayıl İsgəndərov şübhəli şəxs qismində tutulub.


Oxşar Xəbərlər

Xəbər lenti