Bakıda daha bir doğuş faciəsi: 32 yaşlı qadın öldü

Bakıda daha bir doğuş faciəsi: 32 yaşlı qadın öldü

 

Bakıda 32 yaşlı qadın doğuş zamanı ölüb.

Sozcu.info  xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisindəki 7 saylı doğum evində baş verib.

Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan, 1987-ci il təvəllüdlü Manıyeva Ramilə İmadəddin qızı "39 həftə 4 gün hamiləlik, doğuşun birinci dövrü" diaqnozu ilə doğum evinə gətirilib. Doğuş zamanı qadının bətnindəki döl tələf olub. Hadisə zamanı qadın şoka düşərək dünyasını dəyişib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda cinayət işi başlanıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}