Yağışlı havada yol qəzaları tez-tez baş verir. Əsas səbəb isə yağışlı havada yerin sürüşkən olması, sürücülərin yüksək sürət və ara məsafəsini düzgün saxlamamasıdır. Sozcu.info -nun təqdim etdiyi iki videoda baş verən qəzalar da yağışlı havanın vaxtında qeydə alınıb. Birinci videoda hərəkətdə olan "Mercedes 190” markalı avtomobilin sürücüsü qəfil idarəetməni itirib. Yerin sürüşkən olması avtomobilin ən sol zolaqdan sağa doğru getməsinə səbəb olub. Nəticədə, "Mercedes” öz yolu ilə gedən "Chevrolet” markalı maşına dəyib. Qəza zamanı xəsarət olmasa da avtomobillərə ciddi ziyan dəyib. İkinci qəza isə günün qaranlıq vaxtında baş verib. Belə ki, hərəkətdə olan avtomobillərdən biri ara məsafəsini düzgün seçməyib. Nəticədə, sürüşərək öndəki maşına dəyib. Qəzadan sonra üçüncü avtomobil də onların biri ilə toqquşub. Musavat.com