8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Dövlət Təhlükəsizlik Xidmətinin ( DTX ) son vaxtlar rüşvətxorluq və korrupsiyaya qarşı mübarizəsi cəmiyyətdə müsbət qarşılanır. DTX-nın bir neçə gün öncə Dövlət Sərhəd Xidmətində (DSX) keçirdiyi əməliyyatla bağlı maraqlı məlumat daxil olub.
İstintaqa cəlb olunmuş DSX Sahil Mühafizəsinin vəzifəli şəxsi – polkovnik Nemət Hacı oğlu Pənahov etiraf edib ki, rüşvət məsələlərində, sövdələşmələrində rəisi, general-leytenant Əfqan Vəli oğlu Nağıyevin qeyri-rəsmi göstərişi əsasında hərəkət ediblər. O, birbaşa olaraq Nağıyevdən aldığı qeyri-rəsmi göstərişlər əsasında balıq ovuna icazələri rüşvət müqabilində vətəndaşlara verdiyini etiraf edib.
Nemət Pənahovun özü ilə bağlı da maraqlı məlumatlar daxil olub.
Belə məlum olur ki, Nemət Pənahov Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Firdovsi Umudovla yaxın qohumdur. İddia olunur ki, Firdovsi Umudovun bacısının həyat yoldaşı olan Nemət Pənahovun DSX-ya xidmətə qəbul olunması, vəzifə pillələrində sürətlə irəliləməsi də qohumluq əlaqələrinə dayanır.
Nemət Pənahovun qayınatası da Qazax rayonunda tanınan şəxslərdən hesab olunur. Bildirilir ki, "Qırmızı Körpü” sərhəd-keçid məntəqəsində Pənahovun qayınatası qeyri-rəsmi sövdələşmələrin əsas simalarından biridir. Ümumilikdə isə Firdovsi Umudovun illərlə Nemət Pənahova hamilik etdiyi, yaranan problemlərinin həllində əsas söz sahibi olduğu qeyd edilir.
Məlumat üçün bildirək ki, əməliyyat-istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, DSX rəis müavini, 2013-cü ildən 2020-ci ilin fevral ayınadək DSX Sahil Mühafizəsinin rəisi vəzifəsində xidmət etmiş general-leytenant Əfqan Vəli oğlu Nağıyev Xəzər dənizində balıq ovunun aparılmasına və dənizə balıq ovu ilə bağlı sərbəst çıxışlara şərait yaratmaq üçün vətəndaşlardan rüşvət alıb.
Rüşvətalma sxemlərində DSX Sahil Mühafizəsinin vəzifəli şəxsləri – polkovnik Nemət Hacı oğlu Pənahov, polkovnik-leytenant Elçin Vaqif oğlu Vəliyev, polkovnik Samiq Yusif oğlu Əzizov, polkovnik-leytenant Sakit Yusif oğlu Muradov, mayor Müzəffər Qafil oğlu Namazov və digərlərinin iştirakı müəyyən olunub.
Həbsə alınan DSX vəzifəlilərinin qabaqcadan əlbir olmaları sübuta yetirilib. İstintaq zamanı müəyyən edilib ki, qeyd olunan vəzifəli şəxslər tərəfindən vətəndaşlardan rüşvət qismində tələb edərək alınmış külli miqdarda pul vəsaitləri hər ayın sonunda Əfqan Nağıyevə onun xidməti otağında təqdim edilib. Əfqan Nağıyev isə qrupun digər üzvləri arasında bölüşdürülməsi məqsədilə həmin yığılan pul vəsaitinin müəyyən faizini onlara geri qaytarıb. Hazırda istintaq davam edir.
Bizimxeber.az İlkin Hüseynov