Başsız qalan Göy-Göl rayonunda dövlət vəsaitini kimlər və necə talan edir?-Video

May ayının 22-də prezident İlham Əliyev Arif Seyidovun Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzaladı.

Həmin vaxtdan icra başçının birinci müavini Turani Əliyev  başçının səlahiyyətlərini icra edir..ş.şə

Ancaq rayon əhalisinin fərqli fikirlər də var. Həmin fərqli fikir sahibləri hesab edir ki, Göygöl rayonunun  məsuliyyəti icra başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Elşən Mirzə oğlu Məmmədovun üzərinə düşür. Bu fikirə sübut kimi isə Elşən Məmmədovun yaxın adamlarının Göygöl rayonunun mərkəzində yerləşən "qonaq evi"ndən İstilik Sistemlərinin İstismarı Sahəsinin balansında olan əmlakı mənimsəməsi ilə izah edirlər. Qeyd edək ki, Göygöl rayon İstilik Sistemlərinin İstismarı Sahəsinin balansında olan su qızıdırıcı qazan F-30, mazaut çəni da həmin mənimsəniləəmlakların sırasındadır. Göygöl rayon icra hakimiyyəti bu əməliyaytın Nazirlər Kabinetinin 177 saylı 06 noyabr 2004-c il tarixli qərarı və Əsas vəsaitlərin silinməsi ilə bağlı “Daimi fəaliyyət göstərən komissiyanın yaradılması” haqqında “Azəristiliktəhcizat” ASC-nin 193 saylı 20 may 2008-ci il tarixi əmrinə istinad edilərək  “Azəristiliktəhcizat” ASC-nin sədri Yaşar Həsənov 2012-ci ildə verdiyi əmrlə izah edirlər. 

Sürəti  ”Yeni Sözçü”  qəzetinin redaksiyasına  təqdim edilən həmin əmrdə Göygöl rayon İstilik Sistemlərinin İstismarı Sahəsinin balansında olan su qızıdırıcı qazan F-30, mazaut çəni və qaz sayğacının balansdan çıxarılması və yararlı materiallarından istifadə edilməsi üçün anbara təhvil veriilməsi vəzifə olaraq Göygöl rayon İSİS-nin rəsi Fikrət Hüseynova həhavələ edilir. Göründüyü kimi burada həmin əmlakın satılması haqqında heç bir qeyd yoxdur. İndi bu materialalrın necə satılması aidiyyatı qurumlar tərəfindən araşdırılmalıdır. Redaksiyamıza daxil olan məlumata görə, bu prosesdə icra başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Elşən Məmmədovun atası Mirzə Məmmədovun da rolu var. İcra başçısının müavinin atası da sıradan bir şəxs deyil. Belə ki, icra başçısı müavinin atası Göygöl şəhər   İnzibati  Ərazi dairəsi üzrə nümayəndəliyinin başçısıdır. Çox maraqlı vəziyyətdir deyilmi?

Bütün bunlar başsız qalmış Göygöl rayonunda  talanı təsdiq edir. Görünür bu vəziyyət icra başçının birinci müavini və səlahiyyətlərini icra edən Turani Əliyevi də qane edir. 

Bu vəziyyət Prezidentin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyevi də qane edirmi? Arif Seyidovun vəzifəsindən azad olunmasından sonra Göygöl rayonunda yaranmış xaosu qayda-qanun çərçivəsinə salınması  üçün Zeynal Nağdəliyev hansı işləri görüb? Ümumiyyətlə, hansısa bir iş görülübmü? Biz bu suala müsbət cavab verə bilmirik. Zeynal Nağdəliyev necə, müsbət cavab verə bilərmi?

A.Loğmanoğlu,

“Yeni Sözçü”qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti