Azərbaycanda sensasion tender: Universitet binası 8.2 milyona təmir olunacaq


Gəncə Dövlət Universitetinin binası təmir olunacaq.
Sozcu.info xəbər verir ki, bununla bağlı Universitet 19 saylı Tikinti təmir İdarəsi ilə müqavilə bağlayıb. Müqaviləyə görə ali məktəbin binası əsaslı təmir olunacaq. 
Maraqlıdır ki, tərəflər arasında müqavilə 01 fevral 2021 tarixində bağlanıb. Lakin təmirin başlanma tarixi kimi 17 may 2019-cu il, bitmə tarixi isə 31 dekabr 2019-cu il göstərilib. Yəni bu gün bağlanan müqavilə ötən il üçün nəzərdə tutulub.
Başqa bir maraqlı məqam ondan ibarətdir ki, 3 mərtəbəli binanın təmiri üçün univerrsitet idarəyə 8 milyon 360 min 635 manat pul ödəyəcək və ya ödəyib. Bəllidir ki, bu məbləğ 3 mərtəbəli binanın təmiri üçün dəfələrlə çox görünür.  


Oxşar Xəbərlər

Xəbər lenti