Baş nazir Samir Şərifovu sədr
TƏYİN ETDİ
TƏCİLİ! Nazirlər toplandı -
İclas keçirilir
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi
Ali Məhkəmə mühüm məlumat yaydı
Günay Malikqızı vəzifəsindən ayrıldı
SON DƏQİQƏ! Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
İlham Əliyev Trampa təşəkkür etdi
Cavid Qurbanov bu xanıma yüksək VƏZİFƏ VERDİ
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul etdi -
Fotolar
Flora Kərimova ilə bağlı üzücü xəbər
Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb
Əvvəlki
Sonrakı
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
7-07-2026, 21:32
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
7-07-2026, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Ağalarovun Bakıdakı mülkünə görə rekord məbləğdə cərimə kəsildi –
Avropa Məhkəməsinin qərarı ilə
Avropa İnsan Haqları Məhkəməsi
fevralın 18-də çıxardığı qərarla 14 il öncə baş vermiş olaylara görə Azərbaycanın üzərinə 234 min avro təzminat öhdəliyi qoyub. Söhbət 2007-ci ildə Bakının Nardaran qəsəbəsində dəniz sahilində yerləşən torpaq sahələrinin vətəndaşların əllərindən alınıb “Crocus Group”a verilməsindən gedir.
Məhkəmə şikayətə baxana qədər ərizəçilərdən ikisi vəfat edib
Avropa Məhkəməsi bu qərarı 18 nəfər ərizəçinin şikayəti əsasında çıxarıb. Bu iş Strasburqda araşdırıldığı müddətdə ərizəçilərdən ikisi –
Yaşar Məmmədxanov və Ağayar Həsənov vəfat edib
. Amma onların hüquqi varisləri mübarizəni davam etdiriblər.
Şikayətçi 18 nəfər sonradan “Crocus Group”un əlinə keçən ərazilərin bir hissəsinin icarəçiləri olub. Onlarla 2000-2001-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olan Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi müqavilə bağlayıb. Hər birinə 0.09 hektar torpaq sahəsi 10 illik icarəyə verilib
.
Müqavilənin ikinci bəndində göstərilib ki, icarəçi öhdəliklərə əməl etsə, müqavilənin müddəti uzadıla da bilər. Eyni zamanda, dövlətin və cəmiyyətin maraqları baxımından zərurət yaranarsa, Bakı şəhər İcra Hakimiyyətinin əmri ilə vaxtından əvvəl icarə müqaviləsinə xitam verilə bilər. O şərtlə ki, icarəçiyə əvəzində başqa torpaq sahəsi verilsin.
18 nəfər Avropa Məhkəməsinə şikayətində göstərib ki, əvvəl onların icarəsində olan ərazilərə hücumlar başlayıb. Dəfələrlə təkrarlanan hücumlar nəticəsində bağlarının hasarlarını söküblər, özlərini də o ərazilərdən çıxarıblar. Onlar bu hücumlarla əlaqədar hüquq-mühafizə orqanlarına şikayət etsələr də, Sabunçu rayon Polis İdarəsində cinayət işi başlanması rədd edilib.
Həmin ərəfədə prezident bağ idarələrinin, o cümlədən Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin ləğvi barədə sərəncam imzalayıb. Az sonra Bakı şəhər İcra Hakimiyyətinin başçısının imzaladığı əmrlə 18 şikayətçinin icarəsində olan ərazilər də daxil olmaqla, ümumilikdə 30 hektar torpaq sahəsi “Crocus Group”a satılması üçün Kürdəxanı bələdiyyəsinin sərəncamına verilib. Bələdiyyə ilə “Crocus Group” arasında alqı-satqı müqaviləsi imzalanıb.
Şikayətçilər bildirib ki, həmin vaxt bu proseslər haqda onlara heç bir məlumat verilməyib. Onlar yalnız ərazilərə hücum edənlərdən eşidiblər ki, Kürdəxanı bələdiyyəsi sözügedən torpaq sahələrini onlara verib. Həmin şəxslər özlərini Kürdəxanı sakini kimi təqdim ediblər.
18 nəfər şikayətçi Sabunçu rayon Məhkəməsində iddia qaldırıb, bələdiyyə ilə yerli sakinlər arasında bağlanmış müqavilənin ləğvini tələb ediblər. Məhkəmənin gedişində xəbər tutublar ki, mübahisə predmeti olan ərazilər “Crocus Group”a satılıb. Bundan sonra iddia tələbinə dəyişiklik edən vətəndaşlar Bakı şəhər İcra Hakimiyyəti və şirkəti də cavabdeh qismində göstərib. Onlar Bakı şəhər İcra Hakimiyyəti başçısının əmrinin də, alqı-satqı müqaviləsinin də ləğvini tələb ediblər.
Bakı şəhər İcra Hakimiyyəti də qarşılıqlı iddia qaldıraraq 2000-2001-ci illərdə vətəndaşlarla bağlanmış icarə müqavilələrinin etibarsız sayılmasını tələb edib. İddia olunub ki, o zaman Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi onlarla icarə müqaviləsini qanunsuz bağlayıb.
Sabunçu rayon Məhkəməsi vətəndaşların iddiasını rədd edib. Bakı şəhər İcra Hakimiyyətinin qarşılıqlı iddiası isə təmin edilib – 18 nəfər vətəndaşla bağlanmış icarə müqavilələri etibarsız elan edilib. Apellyasiya Məhkəməsi və Ali Məhkəməyə şikayətlər də nəticə verməyib – qərar qüvvədə saxlanıb. Bundan sonra şikayətçilər Avropa Məhkəməsinə üz tutub.
Bu şikayət üzrə Avropa Məhkəməsinin sorğusuna cavab verən Azərbaycan hökuməti iddia edib ki, baş verənlər ərizəçilərin mülkiyyət hüququnun pozuntusu hesab edilə bilməz, çünki o ərazilər onların şəxsi mülkiyyəti deyildi.
Həm də Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi onlarla icarə müqaviləsini Bakı şəhər İcra Hakimiyyətinin razılığı olmadan bağlayıb. Bu üzdən həmin müqavilələrin hüquqi qüvvəsi yoxdur. Sözügedən ərazinin isə cəmiyyətin maraqları baxımından – şəhərin görünüşünün yaxşılaşdırılması üçün özəl şirkətə satıldığı vurğulanıb.
Amma Avropa Məhkəməsi bu mövqe ilə razılaşmayıb. Ona görə də ərizəçilərin Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 1 saylı Protokolunun 1-ci (mülkiyyət hüququ) maddəsi ilə təminat verilən hüquqlarının pozulduğunu təsdiqləyib. Bu hüquq pozuntularına görə ərizəçilərin hər birinə maddi ziyana görə 10 min, mənəvi ziyana görə 3 min avro təzminat ödənilməsinə qərar verilib.
Həm yerli məhkəmələrdə, həm də Avropa Məhkəməsində şikayətçilərin hüquqlarını müdafiə edən vəkil
Sevinc Əliyeva
deyir ki, müdafiə prosesinin gedişində problemin həllindən ötrü “Crocus Group”un Moskvadakı ofisi ilə də əlaqə saxlamışdı:
“Hətta Araz Ağalarovun katibəsi ilə danışmaq “şərəfinə” nail olmuşdum. Ondan sonra Bakıdakı nümayəndə mənimlə əlaqə saxlayıb, mükafat müqabilində işdən əl çəkməyi təklif etmişdi”.
Vəkil vurğulayıb ki, sözügedən ərazilərdən çıxarılmış vətəndaşlar maddi baxımdan çətinlik çəkən insanlar idi:
“Düzdür, “Crocus Group”un “Sea Breeze”də qazandıqları ilə müqayisədə təzminatın məbləği o qədər böyük deyil. Amma kasıb ailələr üçün, özü də pandemiya dövründə, təzminat onlar üçün göydəndüşmə oldu…”.
Oxşar Xəbərlər
SOCAR haqda məhkəmə qərarı – ABŞ şirkətinə CƏRİMƏ ÖDƏYƏCƏK - SƏBƏB
Daha 559 nəfər koronavirusa yoluxdu, 7 nəfər vəfat etdi
Azərbaycanda son sutkada 596 nəfər koronavirusa yoluxub
Yoluxanların sayı yenə 100-ü keçdi, 2 nəfər öldü
Xəbər lenti
Xankəndidə ev yandı
Baş nazir Samir Şərifovu sədr
TƏYİN ETDİ
TƏCİLİ! Nazirlər toplandı -
İclas keçirilir
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi
Ali Məhkəmə mühüm məlumat yaydı
Günay Malikqızı vəzifəsindən ayrıldı
SON DƏQİQƏ! Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Bakının iki rayonunda qaz kəsiləcək
Avqust ayının qeyri-iş günləri-
Təqvim
Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
İlham Əliyev Trampa təşəkkür etdi
Cavid Qurbanov bu xanıma yüksək VƏZİFƏ VERDİ
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul etdi -
Fotolar
Flora Kərimova ilə bağlı üzücü xəbər
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb
Kişi SMS üstündə arvadını parkda döydü, cinayət məsuliyyətindən azad edildi
İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
Foto
Neft bazarında SON DURUM –
Qiymətlər belə dəyişdi
Bu ərazilərdə işıq olmayacaq
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
Rayonlarda leysan olacaq - Xəbərdarlıq
TƏCİLİ! Xankəndidə partlayış: Ölən var
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri
Yeni 100 manatlıqlar tədavüldə -
Taleh Kazımovun imzası ilə
Bakıda güclü külək əsəcək, bu rayonlara leysan yağacaq -
Sabahın havası
Zaur Kamaldan dələduzluq xəbərdarlığı
Dayı bacısı qızının evindən qızıl oğurladı
Azərbaycanın ilk masonu kim olub? –
Tarixin gizli səhifəsi açıldı
Heydər Əliyevin siyasi hakimiyyətə ilk gəlişinin ildönümü Beyləqanda qeyd edilib
-Fotolar
21 nömrəli bağça bağlanır? -
Təhsil İdarəsindən açıqlama
Sükan arxasında yuxulayan sürücü maşını körpüdən aşırdı -
Yol polisindən XƏBƏRDARLIQ
IV Şuşa Qlobal Media Forumu başa çatdı
İlham Əliyev Makrona: Dövlətlərarası münasibətlərimizdə yeni dövr başlayır
Pensiya ödənişlərinə yönəldilən vəsait 3,9 milyard manata çatdı
İşğal dövründə güllələnmiş büstlərə baxdılar -
Fotolar
İlham Əliyev Slovakiya Prezidentinə təşəkkür etdi
Tramp İranla bağlı xalqa müraciət edəcək
Bu ölkədə güclü zəlzələ baş verdi
Kəlbəcərdə çaya düşən yeniyetmənin axtarışları aparılır -
TƏFƏRRÜAT
“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
Beynəlxalq dil sertifikatları tanınmır? —
DİM-dən açıqlama
Səfər ayı iyulun 15-də başlayacaq
Sabahdan hava kəskin dəyişir:
Leysan yağacaq, dolu düşəcək
Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın - DİN çağırış edir
DİN çağırış edir
Polkovnik BYD aldı, işə düşdü: “Tapa bilmirəm”
Bakıda hoteldə FACİƏ:
Gənc işçinin ürəyi dayandı
Qurban Qurbanov onunla bağlı QƏRAR VERDİ
Hansı fənnin müəllimləri daha yaxşı nəticə göstərdi? -
Rəsmi Açıqlama
PRİZMA
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Bakının iki rayonunda qaz kəsiləcək
Avqust ayının qeyri-iş günləri-
Təqvim
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Bu ərazilərdə işıq olmayacaq
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
Rayonlarda leysan olacaq - Xəbərdarlıq