Dünən, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Xəbər verdiyimiz kimi, REAL Partiyasının sədri İlqar Məmmədov 5 il 6 aydan sonra bu gün azadlığa buraxılıb.
Sozcu.info xəbər verir ki, İ.Məmmədovun həyat yoldaşı Vəfa Məmmədova musavat.com-a keçirdiyi hisslərlə bağlı bunları deyib:
"İnanın ki, bu xəbərə çox çətinliklə inandım. İlk öncə şok oldum. Sonradan bu xəbərin sevincindən qızımla ağlamağa başladıq. Həmin an qızıma xəbər verdim. Qızım da donub qaldı və tez-tez soruşur ki, bu xəbər doğrudur. Hələ də deyir ki, bəlkə səhv xəbər veriblər. Qarmaqarışıq hisslərlə qarşıladıq. Belə bir xəbərin bizi gözləyəcəyinə inanmırdıq. Onu da deyim ki, bu məhkəmə Avropa Məhkəməsinə görə oldu. Bu məhkəmənin qərarı var idi ki, proseslər səhv keçirilib. Qərarın ləğv olunması tələbi var idi.
Bildiyiniz kimi, Ali Məhkəmənin Plenumunda qərarlar ləğv olundu və iş yenidən Şəki Apellyasiya Məhkəməsinə qaytarıldı. Bu məhkəmə də belə bir qərar verməli idi və doğru da qərarı verdi. Amma tam azad etmədilər. İlqarın il yarım cəzası qalıb, amma iki il şərti cəza veriblər. Bu, çox müəmmalı qərardır. Amma istənilən halda əsası odur ki azadlıqdadır”.