“Bibi” ləqəbli qadın narkotacir danışdı: “Evin içində satıram” - VİDEO

“Bibi” ləqəbli qadın narkotacir danışdı: “Evin içində satıram” - VİDEO

 

Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş İmran İsgəndərov saxlanılıb.


Sozcu.info xəbər verir ki, saxlanılan şəxs narkotiki Nəsimi rayonunda Kubinka ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan "bibi" ləqəbli şəxsdən aldığını bildirib.

Onun üzərinə baxış zamanı 2 bükümdə heroin və psixotrop maddə olan midraks-tropikamin aşkar olunaraq götürülüb.

İmran İsgəndərov - Saxlanılan şəxs: "Kubinkaya getdim, 20 manat verdim, 2 büküm mal və göz üçün dərman aldım. Oradan bir az aralandım, tutdular polis işçiləri. Ara-sıra Sənubər xanımdan gedib alırdım".

Əməliyyat tədbirlərinin davamı olaraq polis əməkdaşları tərəfindən İmran İsgəndərova narkotik vasitələri satmaqda şübhəli bilinən Nəsimi rayon sakini Sənubər Lütfəliyeva da saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman ümumi çəkisi 14,275 qram olan 43 bükümdə heroin aşkar edilərək götürülüb. Lütfəliyeva ifadəsində bir müddətdir ki, narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Sənubar Lütfəliyeva - saxlanılan şəxs: "3-4 ildir ki bu heroinlə məşğulam. Tanımadığım bir adamdan alıram, 10 manata satıram. 1 qramdan 40 manat çıxarıram. Evin içində satıram".

Faktla bağlı Nəsimi RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir./ARB TV/



Oxşar Xəbərlər

Xəbər lenti